Ukraynalı qolkiperin Qəbələ ilə müqavilə imzalamaq arzusunu ürəyində qoydular
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir neçə gün əvvəl Ukraynanı qanunsuz tərk etməyə cəhd edərkən saxlanılan və gündəm olan "Dinamo" klubunun keçmiş qapıçısı Artur Rudko ilə bağlı yeni təfərrüat ortaya çıxıb. Məlum olub ki, o, karyerasını xilas etmək üçün Azərbaycana gəlmək istəyirmiş.
Oxu.Az bu barədə "Dinamomaniya"ya istinadla xəbər verir.
Bildirilir ki, qapıçı "Qəbələ" klubu ilə müqavilə imzalamaq üçün ölkəsindən çıxmağa çalışıb. Lakin mənbədən o da vurğulanıb ki, artıq azərbaycanlıların təklifi aktual deyil.
Qeyd edək ki, Rudko 2022-ci ildə Polşada yerli "Lex" klubunda çıxış edib, daha sonra Ukraynaya qayıdaraq "Şaxtyor" və "Çernomorets" klublarında oynayıb.
Son məlumatlara görə, Artur Rudko artıq Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzlərindən birində hərbi təlim keçir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 19 Sentyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















