Sabah rumınların transfer arzusunu ürəyində qoydu
Icma.az, Fanat saytına istinadən bildirir.
Rumıniya klubu “Krayova”nın “Zenit”dən Du Keyrosu transfer etmək cəhdi baş tutmayıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə bağlı “Krayova” və “Zenit” arasında danışıqlar müsbət istiqamətdə gedib.
Tərəflər futbolçunun icarəyə verilməsi ilə bağlı razılığa gəliblər və müqaviləyə əsasən, onun maaşının yarısını Rusiya klubu ödəməli idi.
Lakin son mərhələdə Azərbaycandan daxil olan təklif vəziyyəti dəyişib. Məlumata görə, “Sabah” Du Keyrosu icarəyə götürmək üçün daha sərfəli şərtlər təklif edib.
Braziliyalı futbolçunun Rumıniya variantından imtina edərək karyerasını Çempionlar Liqasında çıxış edəcək "Sabah"da davam etdirəcəyi bildirilir.
Du Keyros daha əvvəl “Korintians”, “Qremio”, “Sport Resifi” və “Orenburq”un formasını geyinib. Hazırda onun “Zenit”dən “Sabah”a icarə keçidi ilə bağlı yekun razılaşmanın rəsmiləşdirilməsi gözlənilir.
Kamil Xudiyev
Baxış sayı:76
Bu xəbər 31 Avqust 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















