Icma.az
close
up
RU
Ukraynanı məğlubiyyətə götürən 28 maddəlik “sülh” planı

Ukraynanı məğlubiyyətə götürən 28 maddəlik “sülh” planı

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Ukrayna münaqişəsi üzrə təqdim olunan 28 maddəlik sənəd hazırkı geosiyasi vəziyyətin mahiyyətini açıq şəkildə göstərir: bu plan hərbi qarşıdurmanı dayandırmaqdan daha çox, beynəlxalq sistemdə yeni güc balansının formalaşdırılması üçün bir çərçivə rolunu oynayır.

Sənədin məzmunu göstərir ki, ABŞ, Rusiya və Avropa üçün əsas prioritet Ukraynada tam qalibiyyət deyil, idarəolunan və sabitlik yaradan bir nəticənin əldə olunmasıdır. Bu baxımdan sənəd nə Ukraynanın, nə də Rusiyanın tam istəklərini əks etdirir.

Planın mahiyyətində Ukraynanın suverenliyinin rəsmi şəkildə tanınması olsa da, bunun paralelində Kiyevin faktiki olaraq əhəmiyyətli strateji güzəştlərə məcbur edildiyi görünür. Rusiya tərəfindən işğal olunmuş Krım, Donetsk və Luqanskin “de-fakto Rusiya ərazisi” kimi qəbul edilməsi, Xerson və Zaporojyenin dondurulmuş zona elan olunması Ukraynanın ərazi bütövlüyü prinsipinin praktik olaraq yenidən tərif edilməsidir. Bu, Moskvanın hərbi əməliyyatlarla yaratdığı yeni reallığın siyasi sənədə daşınması deməkdir. Sənəd Rusiyanın ən kritik hədəfi olan Krım üçün quru dəhlizin faktiki şəkildə legitimləşdirilməsinə də şərait yaradır.

Eyni zamanda sənəddə Ukrayna ordusunun sayının məhdudlaşdırılması və NATO-ya üzvlüyün konstitusion olaraq qadağan edilməsi Kiyevin uzunmüddətli təhlükəsizlik arxitekturasını tamamilə dəyişir. Ukraynaya verilən təhlükəsizlik zəmanətləri ABŞ-ın şərtlərinə əsaslanır və bu zəmanətlər Ukraynanın davranışlarından birbaşa asılıdır. Yəni, Kiyev üçün bu, həm təminat, həm də nəzarət mexanizmidir. ABŞ-ın zəmanəti Ukraynanın Rusiyaya qarşı atacağı istənilən birtərəfli addımla qüvvədən düşə bilər və bu, Kiyevin müstəqil təhlükəsizlik siyasətini faktiki olaraq məhdudlaşdırır.

Plan həmçinin Rusiyanın qlobal iqtisadi sistemə reinteqrasiyasını nəzərdə tutur. Sanksiyaların mərhələli şəkildə aradan qaldırılması, Rusiya-ABŞ enerji və texnologiya əməkdaşlığının bərpası və Rusiyanın G8-ə qaytarılması Kreml üçün ciddi siyasi dividendlər yaradır. Bu da göstərir ki, sənəd təkcə müharibəni dayandırmaq üçün yox, həm də Rusiyanı Qərblə qarşıdurma mərhələsindən çıxarmaq üçün hazırlanmış geosiyasi paketdir.

Ukraynanın bərpası üçün nəzərdə tutulan fondlar, Dünya Bankının xüsusi proqramları və böyük investisiyalar Kiyev üçün mühüm dəstəkdir, lakin bu maliyyənin böyük hissəsinin Qərbin iqtisadi maraqlarına uyğun bölüşdürüləcəyi də sənəddən görünür. Məsələn, dondurulmuş Rusiya aktivlərinin 100 milyard dollarlıq hissəsinin Ukraynaya yönləndirilməsi, bunun da 50 faizinin ABŞ tərəfindən əldə olunması bu prosesin həm iqtisadi, həm də siyasi xarakter daşıdığını göstərir.

Sənədin ən həssas elementlərindən biri Donbasın statusudur. Burada bir tərəfdən bölgənin Rusiya nəzarətində qalmasına faktiki razılıq verilir, digər tərəfdən isə müəyyən hissənin neytral, demilitarizasiya olunmuş zona olması nəzərdə tutulur. Bu model nə Rusiya üçün tam qələbədir, nə də Ukrayna üçün qəbuledilən kompromisdir. Bu, ancaq hərbi əməliyyatları dayandırmaq üçün “taktiki çıxış yolu” kimi irəli sürülür.

Plan ümumilikdə Ukraynanın müharibədən sonra tam suveren bir dövlət kimi deyil, məhdudlaşdırılmış təhlükəsizlik və siyasi çərçivələr daxilində fəaliyyət göstərən bir ölkə kimi dizayn edildiyini göstərir. ABŞ-nin rəhbərlik edəcəyi “Sülh Şurası”, seçkilərin məcburi keçirilməsi, amnistiya və MAQATE-nin Zaporojye AES-ə nəzarəti Ukraynanın gələcək inkişafının beynəlxalq monitorinq altında olacağını təsdiqləyir.

Bütün bu müddəalar birlikdə göstərir ki, sənəd Rusiya ilə Qərb arasında yeni strateji balansın formalaşmasına yönəlib və bu balansın mərkəzində Ukrayna dayanır. Kiyev üçün bu plan həm müharibənin dayandırılması imkanı, həm də uzunmüddətli məhdudiyyətlərlə dolu yeni reallığın qəbulud deməkdir. ABŞ üçün isə bu sənəd Rusiyanı nəzarətli şəkildə sistemə qaytarmaq, Avropa üçün sabitlik yaratmaq, Rusiya üçün isə əldə etdiyi ərazi qazancını siyasi dildə təsdiqlətmək imkanıdır.

Nəticədə bu plan Ukrayna münaqişəsini həll etməkdən çox, beynəlxalq güclərin gələcək münasibətlərini yenidən formatlayan yeni geosiyasi razılaşma təsiri bağışlayır.

Ruslan Zəngəzur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri