Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Trampın 28 maddəlik sülh planı: Bəzi Ukrayna torpaqları Rusiyaya...

Trampın 28 maddəlik sülh planı: Bəzi Ukrayna torpaqları Rusiyaya...

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Tramp tərəfindən hazırlanmış 28 maddədən ibarət sülh planı Ukraynaya təqdim olunub. Ukrayna Prezident Administrasiyasının açıqlamasında deyilir:

"ABŞ-nin sülh planı layihəsi əlimizə çatdı. Zelenski yaxın günlərdə Tramp ilə diplomatik imkanları müzakirə etməyi planlaşdırır."

Donald Tramp tərəfindən Rusiya-Ukrayna münaqişəsini sona çatdırmaq məqsədilə hazırlanmış bu 28 maddəlik planla bağlı yeni inkişaflar yaşanıb. Ukrayna Prezident Administrasiyasının açıqlamasında bildirilib ki, ABŞ tərəfindən hazırlanan sülh planı layihəsi Ukraynaya təqdim edilib və Prezident Vladimir Zelenski Ukrayna xalqı üçün əsas prinsipləri müəyyən edib, müharibəni ədalətli şəkildə sona çatdırmaq üçün planın maddələri üzərində işləməyi qərara alıb.

Açıqlamada vurğulanır ki, Ukrayna ilk gündən müharibəni sona çatdırmaq istəmişdir və bütün mənalı addımları və təklifləri dəstəkləyir. "Ukrayna bu ilin əvvəlindən etibarən Prezident Trampın qan tökülməsini sona çatdırmaq üçün verdiyi təklifləri dəstəkləyib. Sülhün təmin olunması üçün hazırda da ABŞ, Avropa və dünya üzrə tərəfdaşlarımızla konstruktiv şəkildə işləməyə hazırıq,"- deyə açıqlamada bildirilir. Zelenskinin yaxın günlərdə Prezident Tramp ilə mövcud diplomatik imkanları və sülh üçün əsas məsələləri müzakirə etməyi planlaşdırdığı da qeyd edilib.

Kremlin sözçüsü Dmitri Peskov planla bağlı açıqlamasında bildirib ki, hər hansı sülh planı münaqişənin əsas səbəblərini aradan qaldırmalıdır və hazırda ABŞ-la bu plan üzrə rəsmi müzakirələr aparılmır. Peskov deyib:

"Həqiqi bir məsləhətləşmə aparılmır. Əlaqələrimizi davam etdiririk, lakin indiyə qədər proses məsləhətləşmə kimi qiymətləndirilə bilməz."

Peskov, Trampın 28 maddəlik sülh planı barədə Putinə məlumat verilib-verilmədiyi sualına isə:

"Bir az əvvəl dediklərimə əlavə edəcək bir şeyim yoxdur," -deyə cavab verib.

Tramp administrasiyası, Rusiya və Ukrayna arasındakı müharibəni sona çatdırmaq məqsədilə 28 maddədən ibarət bir plan hazırlayıb. Planın detallarına görə, ABŞ və digər ölkələr Krımı və Donbası qanuni olaraq Rusiya torpaqları kimi tanıyacaq, lakin Ukraynadan belə bir tələb olmayacaq.

Planla bağlı məlumatlı bir mənbə bildirib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident Zelenski tərəfindən ABŞ Prezidenti Donald Trampın Orta Şərq Xüsusi Nümayəndəsi Steve Vitkoff ilə danışıqlar aparmaq səlahiyyəti ilə təyin olunub və Umerov-un şərhlərinin çoxu 28 maddəlik planın mətninə daxil edilib.

Adının açıqlanmasını istəməyən ABŞ-lı rəsmi bildirib ki, Tramp administrasiyası plan çərçivəsində bəzi Ukrayna ərazilərinin Moskva rəhbərliyinə verilməsini nəzərdə tutub. ABŞ-lı rəsmi əlavə edib ki, bu, Rusiyanın Ukrayna və Avropaya qarşı gələcək mümkün təcavüzlərində ABŞ-a təhlükəsizlik zəmanəti verməsi şərti ilə həyata keçirilə bilər.

ABŞ-lı rəsmi qeyd edib ki, Tramp administrasiyası, Rusiya-Ukrayna müharibəsinin davam etməsi halında, Kiyev rəhbərliyinin "artıq torpaqlarını itirəcəyini" düşündüyünü və buna görə indiki mərhələdə razılığa gəlməyin "Ukrayna üçün faydalı olduğunu" hesab edir.

Rəsminin sözlərinə görə, plan Donbas bölgəsinin Luqansk və Donetsk hissəsinin Rusiya tərəfindən faktiki nəzarət altına alınmasını nəzərdə tutur. Bu ərazilər Rusiya nəzarətinə keçdikdən sonra Donbasın hərbi boşaldılmış zona kimi qəbul ediləcəyi və Rusiyanın oraya hərbçi yerləşdirə bilməyəcəyi planlaşdırılır.

Mənbələr bildirir ki, ötən həftə sonu Vitkoff və Umerov arasındakı görüşlərə yüksək səviyyəli bir Qətər rəsmisi də qatılıb. Planla bağlı məlumatlı iki mənbə iddia edir ki, Qətər və Türkiyə, Trampın yeni planının hazırlanmasında və ABŞ-ın vasitəçilik səylərinin dəstəklənməsində rol oynayıb. Mənbələrdən biri deyib:

"Qətər və Türkiyənin vasitəçiliyi Qəzzadakı müharibənin sona çatmasına kömək etdi və Ukraynadakı müharibənin bitməsinə də dəstək ola bilər."

Turan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Noyabr 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see389

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see202

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see172

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see153

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see149

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see145

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see143

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see137

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri