“Ukraynanın bərpası 588 milyard dollara başa gələcək” Dünya Bankı
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynanın müharibədən sonrakı bərpası üçün xərclər 10 il ərzində təqribən 588 milyard dollar təşkil edə bilər.
"Report" xəbər verir ki, bu, Dünya Bankı, BMT, Avropa Komissiyası və Ukrayna hökuməti tərəfindən birgə hazırlanan hesabatda qeyd olunub.
Bildirilib ki, 2025-ci il dekabrın 31-nə olan qiymətləndirmələrə görə, Ukraynanın bərpasının tam dəyəri 10 il ərzində təxminən 588 milyard dollar təşkil edəcək.
"Bu məbləğ Ukraynanın 2025-ci il üzrə nominal ümumi daxili məhsulunu (ÜDM) təxminən üç dəfə üstələyir" , - hesabatda açıqlanıb.
Nəqliyyat sahəsində bərpa xərcləri 96 milyard dollar, energetika sahəsində təqribən 91 milyard dollar, mənzil sahəsində təqribən 90 milyard dollar, ticarət və sənaye sahələrində 63 milyard dollardan çox, kənd təsərrüfatı sahəsində isə 55 milyard dollardan artıq hesablanır.
Hesabat müəllifləri qeyd ediblər ki, minalardan təmizlənməyə 28 milyard dollara qədər vəsait tələb oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 23 Fevral 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















