Ukraynanın Dneprpetrovsk vilayətinin bəzi kəndlərində əhali təxliyə edilir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Kiyev, 30 aprel, AZƏRTAC
Dnepropetrovsk vilayətində 7 kənddən məcburi təxliyə elan edilib. Onlar Donetsk vilayəti ilə inzibati sərhədin yaxınlığında yerləşirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak Telegram səhifəsində məlumat verib.
Lisak qeyd edib ki, artıq bu yaşayış məntəqələrindən 400 uşaq təxliyə olunub. Orada daha 26 uşaq qalıb. Onların bəziləri artıq evlərini itirmiş və yeni həyat qurmağa başlayan köçkünlərdir.
Administrasiya rəhbəri əlavə edib ki, təxliyəyə könülülər kömək edəcək. Eyni zamanda, insanların köçürülməsi üçün artıq variantlar var. İnsanlar harada yaşamaq istədiklərini özləri seçəcək, bütün sosial müavinətləri alacaqlar.
Bu təxliyə bir ay davam edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 30 Aprel 2025 07:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















