Ukraynanın Dnepropetrovsk və Zaporojye bölgələrindən əhali məcburi təxliyə edilir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kiyev, 9 noyabr, AZƏRTAC
Ukraynanın Dnepropetrovsk və Zaporojye bölgələrindəki müəyyən yaşayış məntəqələrindən əhali məcburi təxliyə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İcmalar və Ərazilərin İnkişafı Nazirliyi məlumat yayıb.
Qərarın icmalar və ərazilərin inkişafı nazirinin müavini Aleksey Ryabikin sədrliyi ilə keçirilən Təxliyə Tədbirləri üzrə Koordinasiya Qərargahının iclasından sonra qəbul edildiyi bildirilir.
Bəyanatda məcburi təxliyənin elan edildiyi yaşayış məntəqələrinin siyahısı verilməyib. Bundan əlavə, təmas xəttindən təxminən 50 km məsafədə yerləşən Zaporojye bölgəsindəki sakinlərin təxliyəsi barədə qərar qəbul edilib. Təxliyə tədbirləri təhlükəsizlik tələbləri, tibbi göstərişlər və zəruri müşayiətçilər nəzərə alınmaqla həyata keçiriləcək.
Görüş zamanı təxliyə edilən vətəndaşlar üçün tranzit mərkəzlərinin fəaliyyəti və Xarkov bölgəsində əlavə bir mərkəzin açılması ehtimalı da müzakirə edilib. Nazirlik bildirir ki, 2025-ci il 1 iyundan bəri Ukraynanın cəbhə bölgələrindən təxminən 124 min insan, o cümlədən 14 min 500-dən çox uşaq və 4 mindən çox hərəkət qabiliyyəti məhdud olan insan daha təhlükəsiz ərazilərə təxliyə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Noyabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















