Icma.az
close
up
RU
Ukraynanın Dövlət Xidmətinin rəhbəri Azərbaycan diasporunun qərargahında görüş keçirdi Foto

Ukraynanın Dövlət Xidmətinin rəhbəri Azərbaycan diasporunun qərargahında görüş keçirdi Foto

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin rəhbəri Viktor Yelenski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) qərargahında görüş keçirib.

Tribunainfo.az xəbər verir ki, görüşdə UABD-nin sədri Hikmət Cavad, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Rövşən Hüseynzadə, konsulluq məsələləri üzrə məsul şəxs Qalibbəy Ağadaşıyev, UABD İdarə Heyətinin üzvləri, iş adamları, Ukrayna ordusunda xidmət edən azərbaycanlı hərbçilər, eləcə də müxtəlif sahələrdə çalışan diaspor fəalları iştirak ediblər.

UABD sədri Hikmət Cavad Ukrayna cəmiyyətinə azərbaycanlıların uğurlu inteqrasiyasından danışıb. O qeyd edib ki, azərbaycanlılar Ukraynada sabit və harmonik birgə yaşayışı təmin etməyə çalışırlar. UABD-nin fəaliyyətindən bəhs edən Hikmət Cavad vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü başlayandan bəri azərbaycanlılar həm ön, həm də arxa cəbhədə fəal iştirak edirlər. Onun sözlərinə görə, diaspor nümayəndələri Ukraynanın müdafiəsinə və humanitar dəstəyinə mühüm töhfələr verirlər. O əlavə edib ki, bu gün Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir.

“Biz hər iki ölkə prezidentinin bu əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki səylərini alqışlayırıq. Diaspor olaraq biz də öz töhfəmizi ən yüksək səviyyədə verməyə çalışırıq. İnanırıq ki, bu görüş həm Ukrayna dövlət institutları, həm də Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfə verəcək”, – deyə H.Cavad vurğulayıb.

Tədbirdə çıxış edən Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin rəhbəri Viktor Yelenski isə Ukraynadakı azərbaycanlılara Rusiya təcavüzünə qarşı mübarizəyə, ölkənin iqtisadi, ictimai və mədəni həyatının inkişafına verdikləri töhfəyə görə təşəkkürünü bildirib. O vurğulayıb ki, milli icmaların hüquqlarının qorunması Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün zəruri öhdəlik olsa da, ölkə özünü vətən hesab edən xalqların irsini qorumaq və zənginləşdirmək istiqamətində gördüyü bütün işləri, hər şeydən əvvəl, öz vətəndaşları üçün həyata keçirir.

“Əsrlər boyu dövlətçilik, azadlıq və kimlik uğrunda mübarizə aparan ukraynalılar and içmişdilər ki, müstəqil Ukraynada bu torpaqlarda yaşayan heç bir xalqın mədəni, dil və digər ənənələri sıxışdırılmayacaq”, – deyə Viktor Yelenski əlavə edib.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Rövşən Hüseynzadə çıxış edərək qeyd edib ki, diaspor uzun illərdir Ukraynada yaşayan həmvətənlər arasında birliyin qorunması, onların mədəni, sosial və ictimai maraqlarının təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görür. Rövşən Hüseynzadə bildirib ki, UABD-nin əsas fəaliyyət prioritetləri həm gənclərin milli ruhda tərbiyəsi, həm də xalqlarımız arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsidir. UABD-nin təşəbbüsü ilə həyata keçirilən layihələrdən danışan R.Hüseynzadə onların yalnız Ukraynada yaşayan azərbaycanlıların deyil, bütövlükdə Ukrayna cəmiyyətinin inkişafına xidmət etdiyini bildirib.

“Bu layihələr çərçivəsində mütəmadi olaraq Mədəniyyət Günləri, park və xiyabanların bərpası, eləcə də Azərbaycan reallıqlarının təbliğinə yönəlmiş tədbirlər keçirilir”, – deyə o, əlavə edib.

İş adamları, alimlər, hərbçilər və diaspor fəallarının çıxışlarından sonra görüş fikir mübadiləsi şəraitində davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri