Icma.az
close
up
RU
“Ukraynanın dronlarla mübarizə təcrübəsi Yaxın Şərq müharibəsində ümid yaradır“ CNN

“Ukraynanın dronlarla mübarizə təcrübəsi Yaxın Şərq müharibəsində ümid yaradır“ CNN

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ukraynanın "Shahed" pilotsuz aparatlarına qarşı yaratdığı müdafiə sistemi ABŞ və Yaxın Şərq ölkələri üçün mühüm dərslər verə bilər..."

ABŞ və İsrailin İrana qarşı əməliyyatları fonunda dron hücumları Yaxın Şərqdə təhlükəsizlik üçün əsas problemlərdən birinə çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.

Qeyd edilir ki, bu şəraitdə Ukraynanın uzun illər ərzində topladığı təcrübə region ölkələri üçün xüsusi əhəmiyyət qazanır.
Ukrayna rəsmiləri bildirir ki, onlar İrana məxsus "Shahed" kamikadze dronları ilə mübarizə sahəsində əldə etdikləri təcrübəni Yaxın Şərq dövlətləri və müttəfiqlərlə bölüşməyə hazırdırlar. Müharibə zamanı Ukrayna bu dronlara qarşı çoxpilləli müdafiə sistemi formalaşdırıb və Rusiyanın kütləvi pilotsuz aparat hücumlarına qarşı müəyyən uğurlar əldə etdiyini iddia edir.

ABŞ üçün "çatıb-ötmə yarışı"

Bəzi hərbi ekspertlərin fikrincə, ABŞ və onun müttəfiqləri "Şahed" təhlükəsinə qarşı mübarizədə hələ də "tut-qaç" vəziyyətindədir. Analitik Dara Massiko bildirir ki, Ukraynanın istifadə etdiyi ucuz və effektiv müdafiə üsulları hələ də ABŞ ordusu və ya Fars körfəzi ölkələri tərəfindən geniş şəkildə tətbiq olunmur.

Onun sözlərinə görə, İran yüzlərlə dron buraxaraq İsrailin və ABŞ-ın HHM sistemlərini yükləməyə və regiondakı strateji obyektlərə zərbə endirməyə çalışır. Bu aparatların əksəriyyəti məhv edilsə də, onların qarşısını almaq böyük resurs, daimi patrul uçuşları və raketdən müdafiə sistemlərinin intensiv istifadəsini tələb edir.

Ukraynanın çoxpilləli müdafiə modeli

CNN qeyd edir ki, Ukraynanın dronlara qarşı qurduğu müdafiə sistemi müxtəlif vasitələrin birgə istifadəsinə əsaslanır. Helikopterlər və pulemyotlarla təchiz edilmiş yenidən qurulmuş yük təyyarələri dronları havada izləyir, yerüstü mövqelərdə isə ağır pulemyotlardan istifadə edən HHM qrupları fəaliyyət göstərir.

Bundan əlavə, Ukrayna pilotsuz aparatları portativ zenit-raket kompleksləri ilə vurur, daha yüksək səviyyədə isə qırıcı təyyarələr və ABŞ tərəfindən verilmiş "Patriot" hava hücumundan müdafiə sistemi kompleksləri tətbiq olunur. ABŞ ordusu artıq Ukraynada sınaqdan keçmiş bəzi antidron sistemlərini Yaxın Şərqə göndərməyə başlayıb.

Yaxın Şərq müharibəsinin Ukraynaya təsiri

Eyni zamanda bəzi siyasətçilər hesab edir ki, Yaxın Şərqdəki münaqişə Ukraynadakı müharibəyə də təsir göstərə bilər. Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, əgər Ukrayna müharibənin əvvəlində Fars körfəzi ölkələrində olduğu kimi güclü HHM sistemi əldə etsəydi, münaqişə daha tez başa çata bilərdi.

Onun sözlərinə görə, Yaxın Şərqdə müharibənin ilk həftəsi təxminən 40 milyard dollara başa gəlib ki, bu da Avropa ölkələrinin Ukraynaya illik yardım xərcləri ilə müqayisə oluna bilər. Stubb hesab edir ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatları nəticəsində Tehranla Moskva arasında hərbi əməkdaşlıq müvəqqəti zəifləyə bilər.

Bununla belə, o qeyd edib ki, Rusiyada artıq İran texnologiyası əsasında "Shahed" dronları istehsal edən zavodlar fəaliyyət göstərir və neft qiymətlərinin artması Moskvanın hərbi imkanlarını daha da gücləndirə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri