Zelenski Yaxın Şərq ölkələrinə Ukraynanın köməyini təklif edib
Icma.az bildirir, Azertag portalına istinadən.
Kiyev, 2 mart, AZƏRTAC
Ərəb liderləri Moskvanı atəşkəsə razı salsalar, Ukrayna Yaxın Şərq ölkələrinə İranın "Şahed" dronlarını məhv etməyə kömək edə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg”ə verdiyi müsahibədə bildirib.
"Yaxın Şərq liderlərinin ruslarla yaxşı münasibətləri var. Onlar ruslardan bir aylıq atəşkəs elan etmələrini istəyə bilərlər", - deyə Ukrayna lideri bildirib.
Prezident əlavə edib ki, atəşkəs elan edildikdən sonra Ukrayna ən yaxşı dron ələ keçirmə operatorlarını Yaxın Şərq ölkələrinə göndərəcək. Ukrayna liderinin sözlərinə görə, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərin şübhəsiz ki, Vladimir Putinlə yaxşı iqtisadi münasibətləri var.
Prezident əmin edib ki, Ukrayna İsrailə də eyni şəkildə kömək edə bilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 02 Mart 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















