Ukraynanın ən varlı iş adamı rekord qiymətə mənzil aldı
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Ali Radasının keçmiş deputatı, milyarder Rinat Axmetov Monakoda rekord məbləğə - 554 milyon dollar ödəyərək elit mənzilin sahibi olub.
"Ölkə.az" bildirir ki, bu barədə "Bloomberg" agentliyi yerli daşınmaz əmlak reyestrindən çıxarışlar da daxil olmaqla, əməliyyatı təsdiqləyən sənədlərə istinadən məlumat verib.
Agentlik qeyd edir ki, Rinat Axmetovun bu alışı tarixin ən iri daşınmaz əmlak əməliyyatları sırasına daxil olub. Sənədlərə əsasən, elit obyekt 2024-cü ildə ukraynalı iş adamının əmlakına daxil edilib.
Mənzil prestijli "Le Renzo" yaşayış kompleksində yerləşir. Ümumi sahəsi 2 500 kvadratmetr olan mənzil beş mərtəbəni əhatə edir və 21 otaqdan ibarətdir. Mənzildə şəxsi hovuz, jakuzi, bir neçə eyvan və Aralıq dənizinə baxan terras mövcuddur. Alış qiymətinə, həmçinin səkkiz avtomobil dayanacağı da daxildir.
Rinat Axmetov Ukraynanın ən varlı vətəndaşı hesab olunur. Mart ayında o, 7,8 milyard dollarlıq sərvəti ilə "Forbes"in dollar milyarderləri siyahısına daxil edilib.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 21 Aprel 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















