Icma.az
close
up
RU
“NEQSOL Holding” Ukraynanın ən böyük titan istehsalçısını aldı

“NEQSOL Holding” Ukraynanın ən böyük titan istehsalçısını aldı

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“NEQSOL Holding” Ukraynanın Antimonopoliya Komitəsindən (UAK) “Birləşmiş Dağ-Metallurgiya Şirkəti”nin (“BDMŞ” SC) səhmlərinin nəzarət paketinin əldə olunmasına dair rəsmi razılıq alıb.

“Qafqazinfo” xəbər verir ki, dünyanın aparıcı titan və nadir torpaq metalları istehsalçılarından biri olan “BDMŞ” SC titan konsentrati istehsalına görə Avropada birinci yeri tutur.

Sövdələşmə “NEQSOL Holding”ə məxsus olan “CEMIN Ukraine” MMC törəmə şirkəti vasitəsilə həyata keçiriləcək.

Bu razılığın əldə olunması Ukraynada ən böyük özəlləşdirmə proseslərindən birinin yekun mərhələyə çatdırılmasına gətirib çıxaracaq. Müqaviləyə əsasən, “BDMŞ” SC-nin səhmlərinin birbaşa alınması ilə “CEMIN Ukraine” MMC şirkət üzərində tam nəzarət əldə edəcək.

“NEQSOL Holding” özəlləşdirmə prosesindən irəli gələn bütün öhdəliklərin tam şəkildə icrasına hazır olduğunu bildirir və “BDMŞ” SC-ni müasir, səmərəli və qlobal titan bazarında rəqabətədavamlı bir şirkətə çevirməyi qarşısına məqsəd qoyur.

“Birləşmiş Dağ-Metallurgiya Şirkəti”nin böyük potensialı mövcuddur və bu potensialı bizə Ukraynanın iqtisadi dirçəlişinə töhfə vermək imkanı yaradır. Hazırda bizim əsas prioritetimiz müvafiq bilik, texnologiya və idarəetmə təcrübəsi tətbiq etməklə, bu şirkəti qlobal səviyyədə güclü və rəqabətədavamlı müəssisəyə çevirməkdir”, – deyə “NEQSOL Holding”in Sədri Yusif Cabbarov bildirib.

Şirkətdə geniş miqyasda modernizasiya işlərinin aparılması üçün “NEQSOL Holding” artıq bu sahədə ixtisaslaşmış qabaqcıl şirkətlərlə və müxtəlif ekspertlərlə əməkdaşlığa başlayıb. Əsas istiqamətlər yüksək əlavə dəyərə malik olan məhsulların işlənib hazırlanmasını, xammalın dərin emalını və əsas beynəlxalq bazarlara çıxışın təmin edilməsini əhatə edir.

“NEQSOL Holding” haqqında

“NEQSOL Holding” telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri