Ukraynanın əsas hədəflərindən biri budur "Velt"
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna işğal altındakı Krıma və Rusiya ordusunun logistikasına təzyiqi artıraraq yanacaq infrastrukturu və təchizat marşrutlarına sistemli zərbələr endirir.
Axar.az xəbər verir ki, bu barədə “Velt” nəşri yazıb.
Məlumata görə, bu hücumların nəticələri artıq o qədər hiss olunur ki, yarımadada yanacaq problemləri barədə hətta Kremlin nümayəndələri də danışmağa məcbur qalırlar.
Ukrayna Baş Qərargahının məlumatına əsasən, bazar ertəsindən çərşənbə axşamına keçən gecə pilotsuz uçuş aparatları Rusiyanın cənubundakı ən böyük neft tədarükü stansiyalarından birinə, eləcə də işğal olunmuş Krımdakı neft bazasına və digər yanacaq obyektlərinə hücum edib.
Nəşr qeyd edir ki, bu zərbələr Kiyevin Rusiyaya maksimum iqtisadi və hərbi zərər vurmağa yönəlmiş strategiyasının bir hissəsidir.
Ukraynanın əsas hədəflərindən biri Rusiyanı Ukraynanın cənubundakı işğal olunmuş ərazilərlə, xüsusilə də Krımla birləşdirən quru dəhlizidir. Eyni zamanda, Moskvanın hələ 2022-ci ildə ilhaq etdiyini elan etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini tam nəzarətə götürmək perspektivi getdikcə daha az real görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 08 İyun 2026 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















