Icma.az
close
up
RU
Ukraynanın suiqəsd əməliyyatları nə vəd edir?

Ukraynanın suiqəsd əməliyyatları nə vəd edir?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qan Turalı yazır...

Terror dövrümüzün ən böyük sosial bəlalarından biridir. Və terror bütün ölkələri təhdid edir. ABŞ-də baş verən 11 sentyabr terroru yəqin ki, əsrlər boyu unudulmayacaq miqyasda bir hadisədir. Eləcə də yaxın tarixin bir çox başqa hadisələri kimi... Rusiya-Ukrayna müharibəsi də bu baxımdan xarakterikdir.

Bu günlərdə isə bir rus general Moskvada öldürüldü. Söhbət rus ordusunun Nüvə, Kimyəvi və Bioloji Silahlardan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant İqor Kirillovdan gedir. Üç ilə yaxın müharibənin getdiyi bir dövrdə cəbhə arxasında öldürülən ilk general isə Kirillov oldu. Terror aktının arxasında duran qüvvəni axtarmağa isə ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Ukrayna kəşfiyyatındakı (SBU) mənbələr terror aktını özlərinin törətdiyini elan etdilər.

Bu, Ukraynanın Rusiyada törətdiyi ilk terror aktı deyil. Doğrudur, bu dəfə bir general hədəfə alındı və özü də cinayət paytaxtda törədildi. Bu hadisənin Moskva sakinlərində oyatdığı təsir yəqin ki, Ukrayna kəşfiyyatçılarının əsas motivasiyası oldu. Cəbhədən yüz kilometrlərlə geridə yaşayan insanlar artıq özlərini rahat hiss edə bilməyəcəklər.

Sui-qəsdin gerçəkləşdiyi küçədə yaşayan Liza BBC-nin müxbirinə öz təəssüratlarını bölüşüb: "Xəbərlərə baxanda görürəm ki döyüşlər bizdən çox uzaqdadır. Ancaq qonşu binada partlayış səsi gəldikdə hər şey çox fərqli və qorxulu olur. İndi çox narahatam, hər səsdən vahiməyə düşürəm. Bir səs eşidən kimi öz-özümə deyirəm ki, deyəsən, dron səsidir".

Bu sözlər terrorun nə demək olduğunu əyani şəkildə bizə izah edir. Hər nə qədər təəccüblü olsa da cəbhə xəttində minlərlə insanın ölməsi arxa cəbhədəkiləri bir o qədər də narahat etmir. Əlbəttə ki, arxa cəbhədə yaşayanlar buna görə narahat olurlar, qayğı çəkirlər. Ancaq cəbhədə olanlar insanların fərdi təhlükəsizliyini narahat etmir. Moskvada ya da başqa bir şəhərdə baş verənlər isə insanları psixoloji baxımdan çətin vəziyyətə salır. Terrorun "gücü" bundadır.

Ukrayna kəşfiyyatı isə arxa cəbhədə bir sıra terror aktları həyata keçirdib və keçirməkdədir. Keçən ilin aprel ayında hökumətyönlü hərbi bloqer Tatarski Sankt-Peterburq şəhərində öldürüldü. Öz tərəfdarları ilə görüşən Tatarskiyə Trepova soyadlı gənc qadın heykəlcik hədiyyə etdi. Bir neçə dəqiqə sonra isə heykəlcik partladı və Tatarski həlak oldu. Trepova heykələ bomba qoyulduğunu bilmədiyini desə də məhkəmə onu günahkar bildi və o, 27 il müddətinə azadlıqdan məhrum edildi.

Ötən il isə Rusiya tərəfdarı olan ukraynalı deputat İlya Kiva Moskva ətrafındakı bir kənddə parkda gəzərkən ona açılan atəş nəticəsində öldürüldü. Ukrayna kəşfiyyatı sui-qəsdin arxasında durduqlarını bəyan etdi.

Beş gün əvvəl isə rus raket mütəxəssisi Mixail Şatski Moskva ətrafındakı meşəlikdə qətlə yetirildi. Şatski rus raketlərinin modernizasiyası ilə məşğul idi və bu raketlər Ukraynada böyük tələfatlara səbəb olmuşdu. Rus ideoloq Aleksandr Duqinin qızı Darya isə 2022-ci ilin yayında avtomobilinə yerləşdirilən bombanın partlaması ilə öz həyatını itirdi.

Göründüyü kimi, siyahı kifayət qədər genişdir. Son bir həftə ərzində bir general və bir raket mütəxəssisi öldürülüb. Gedişatdan bu cür sui-qəsd aktlarının davam edəcəyi də gözlənilir. Rusiyanın bu aktlara nə cür cavab verəcəyini isə zaman göstərəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri