Icma.az
close
up
RU
Sülhə doğru dönüş yoxdur: Ukraynanın əməliyyatları danışıqlara təsir edə bilmədi

Sülhə doğru dönüş yoxdur: Ukraynanın əməliyyatları danışıqlara təsir edə bilmədi

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hərbi əsirlərin dəyişdirilməsi yeganə razılıqdır, sülh uzaqda qalır”

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlar 1 saat 15 dəqiqə davam edib. İstanbul görüşündə Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb. Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, yalnız məhbusların mübadiləsi barədə razılığa gəlmək mümkün olub. Həmçinin, tərəflər “6000-in 6000-ə” formatında hərbi qulluqçuların meyitlərinin mübadiləsinə dair razılığa gəliblər. Ukrayna və Rusiya ağır yaralı və yaşı 25-dən aşağı olan əsirlərin dəyişdirilməsini də razılaşdırıb. Nazir bildirib ki, ölkəsi Rusiya tərəfinə 20-30 iyun tarixləri arasında növbəti görüşün keçirilməsini təklif edib. Umerov əlavə edib ki, Rusiyadan münaqişənin sülh yolu ilə həlli üzrə memorandum layihəsini alıblar. O qeyd edib ki, Ukrayna tərəfinin sənədlə tanışlığı üçün bir həftə vaxtı olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı sənədlər mübadiləsi aparıb və hərbi əsirlərin azad edilməsi üçün yeni mərhələyə hazırlıq barədə razılığa gəliblər. Zelenskinin sözlərinə görə, tərəflər arasında sənədlərin mübadiləsi Türkiyənin vasitəçiliyi ilə baş tutub. O, həm də təsdiqləyib ki, konkret tarixlərin hələ açıqlanmamasına baxmayaraq, tərəflər daha bir əsir mübadiləsinin təşkili üzərində çalışırlar. Rusiya Prezidentinin köməkçisi, İstanbulda Ukrayna ilə danışıqlarda iştirak edən nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski bildirib ki, Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində iki-üç günlük “konkret atəşkəs” təklif edib. Medinski münaqişənin sülh yolu ilə həlli üzrə memorandum layihəsinin Ukraynaya təqdim olunduğunu vurğulayıb. Putinin köməkçisi əlavə edib ki, 6000 meyitin qaytarılması prosesi gələn həftə baş tutacaq. Vladimir Medinski onu da deyib ki, Rusiya və Ukrayna “hamının hamıya” prinsipi ilə ağır xəstələri və yaralıları mübadilə edəcəklər. O aydınlaşdırıb ki, söhbət yaşı 25-dən az olan hərbi qulluqçuların mübadiləsindən gedir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətlərinin görüşünü möhtəşəm adlandırıb: "Əsir mübadiləsinin sayı mini keçib. Əsirlərin dəyişdirilməsi ilə yanaşı, həm Rusiya, həm də Ukrayna arasında meyitlərin təhvil verilməsi ilə bağlı danışıqlar aparılıb. Bu rəqəmlər də çox böyükdür. Biz bununla fəxr edirik. Türkiyə İstanbulla bir dönüş nöqtəsi olub. Putin və Zelenskini İstanbul və ya Ankarada görüşdürməkdir. Hətta Trampı da. Hər iki tərəf üçün ən böyük arzum bundan ibarətdir".


Politoloq Qulamhüseyn Əlibəyli Sherg.az-a deyib ki, gözlənildiyi kimi, Rusiya ilə Ukrayna nümayəndə heyətlərinin növbəti görüşü konkret olaraq yalnız hərbi əsirlərin dəyişdirilməsi barədə razılaşma ilə nəticələndi. Ekspertin sözlərinə görə, bəzilərinin ümid etdiyi kimi, atəşkəsin şərtləri və mexanizmi barədə heç bir razılaşma olmadı: 


"Tərəflər atəşkəsin şərtləri barədə mediaya sızdırılan məlumatları bir-birlərinə rəsmi təqdim etdilər. Əlbəttə, burada təcavüzkar Rusiyanın irəli sürdüyü şərtlər daha ağır və Ukrayna üçün qəbul edilməsi faktiki qeyri-mümkün olan şərtlər idi. Görüş ərəfəsində tərəflərin qarşılıqlı raket və dron zərbələri, xüsusən Ukraynanın həyata keçirdiyi əməliyyat cəlbedici görünsə də, müharibənin gedişində nəinki əsaslı dönüş yarada bildi, hətta danışıqların gedişinə də əhəmiyyətli təsir göstərmədi. Bundan başqa, Tramp administrasiyasının Rusiyanın irəli sürdüyü şərtlərin əksəriyyətini haqlı hesab etməsi də ümumi nəticəyə təsir göstərən mühüm məqam kimi nəzərdən keçirilə bilər. Rusiya bu müharibədə ABŞ-nin mövqeyini onun şirnikləndirilməsi kimi qəbul edib daha ağır şərtlər irəli sürür. Amerikanın “New York Times” qəzeti danışıqların iki raundunun döyüş əməliyyatları dayandırılmadan baş tutmasını Putinin taktiki qələbəsi adlandırıb. Bu ayın sonunda keçirilməsi güman olunan növbəti görüşün də perspektivi dumanlı görünür".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri