Icma.az
close
up
RU
Ukraynasız Ukrayna danışıqları nə vəd edir? (ŞƏRH)

Ukraynasız Ukrayna danışıqları nə vəd edir? (ŞƏRH)

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Bu görüşdən effektiv nəticə hələlik gözləməyinə dəyməz".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələri arasındakı danışıqlar fonunda Kiyevin kənarda qalmasının prosesə verəcəyi effekti şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, Ukrayna üçün vəziyyət mürəkkəbdir:

"Bu gün Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələri görüşür. Məsələ ondadır ki, Tramp hökuməti 3-6 ay ərzində müharibənin dayandırılmasına nail olmağa çalışır. Ona görə də təmasları sürətləndirmək niyyətindədirlər. Avropa İttifaqı və Böyük Britaniya isə Amerikanın bu qərarından narazıdır. Hətta Böyük Britaniya baş naziri Ukraynaya qoşun göndərməyə hazır olduqlarını da bəyan edib. Ancaq Almaniya kansleri buna narazılıq bildirib. Göründüyü kimi, Ukrayna üçün vəziyyət olduqca mürəkkəbdir. ABŞ Ukraynaya maliyyə və hərbi yardımı kəsərsə, bu Kiyev üçün heç də yaxşı olmayacaq. Nümayəndələrin görüşündən sonra danışıqların hansı çərçivədə aparılacağı bəlli olacaq. Ola bilsin ki, danışıqlarda ilkin sülh şərtlərilə bağlı məsələlər müzakirə edilsin".


Rüstəm Tağızadə düşünür ki, Ukrayna və Aİ ona razılıq verməyəcək:

"Görünən odur ki, qarşıda hələ maraqlı proseslər çox olacaq. Lakin Tramp bir qədər ziddiyyətli şəxs olduğundan qərarları tez-tez dəyişir. Bu o demək deyil ki, müharibə tezliklə dayanacaq. Aİ də istəyir ki, Ukraynaya 700 milyard dollarlıq hərbi yardım etsin. Düşünürəm ki, bu görüşdən  hər hansı bir effektiv nəticə hələlik gözləməyinə dəyməz. Aİ ilə Böyük Britaniya bu görüşün nəticələrini hesaba almaya da bilər. Ona görə də gözləməliyik. Effektiv nəticələrin əldə edilməsi üçün tərəflərin uzlaşması lazımdır".

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında ABŞ tərəfindən dövlət katibi Marko Rubio, prezident Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Valtzın, Rusiya tərəfindən xarici işlər naziri Sergey Lavrov və Putinin köməkçisi Yuri Uşakovun iştirakı ilə görüş keçiriləcək. Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Ket Kelloqq isə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə görüşəcək. 

Ukrayna prezidenti Volodimir Zelenski isə deyib ki, görüşdə ölkəsilə bağlı qəbul edilən qərarları tanımayacaq. Belə olan halda ABŞ Rusiya görüşünün effekt verəcəyinə şübhələr daha çoxdur. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Fevral 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri