Icma.az
close
up
RU
Ukraynanın taleyi Ukraynasız həll edilir? (ŞƏRH)

Ukraynanın taleyi Ukraynasız həll edilir? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Fransanın Rusiyaya dialoq təklif etdiyini istisna etmirəm. Lakin bununla yanaşı, Moskvanın Parisin təklifini öz istədiyi mənada yozduğunu da istisna etmək olmaz".

Bunu Qaynarinfo-ya  açıqlamasında siyasi şərhçi Arif Əliyev deyib:

Arif Əliyev bildirib ki, nə Fransa, nə də Rusiyanın xarici işlər nazirliklərinə heç bir etimad yoxdur:

"Ona görə də konkret halda hansının yalan dediyini tapmaq çətindir. Son bir il ərzində bu iki dövlətin xarici siyasətlə bağlı verdikləri bəyanatlarının bəziləri həqiqətə uyğun olmayıb. Amma Fransanın Rusiyaya Kiyevin iştirakı olmadan dialoq təklif etməsini də istisna etmirəm. Lakin bununla yanaşı, Moskvanın Parisin təklifini öz istədiyi mənada yozduğunu da ehtimal etmək olar. Hətta belə təklifdən sonra onlar arasında hansısa danışıqların olub-olmadığını da söyləyə bilmərik. Bir neçə ay əvvəl bəlli oldu ki, Ukrayna məsələsilə bağlı Almaniya ilə Rusiya arasında hansısa bir formada danışıqlar aparılıb. Ondan da əvvəl bəlli oldu ki, ABŞ nümayəndələrilə Rusiya nümayəndələri müəyyən danışıqlar aparıblar. Ona görə də belə məsələləri istisna etmək olmaz".


Fransa tərəfindən Kiyevin iştirakı olmadan Rusiya ilə dialoq təklifi həqiqətən səslənibsə, bu həmsöhbətimizə görə, Parisin müharibənin istənilən variantına hazır olmaq niyyətindən qaynaqlanır:

"Bu kimi dövlətlər özlərinin uzunmüddətli siyasətini quranda müharibənin müxtəlif nəticələrini nəzərə alır və ona əsasən də gələcək siyasətlərini qurmaq imkanlarını itirmirlər. Ola bilsin ki, bu qədər səylərdən sonra müəyyən müddətə müharibə dondurulsun. Ona görə də siyasətdə birmənalı davranmırlar. Odur ki, siyasətdə, xüsusən də onun müharibə formasında davamında istənilən variantlara hazır olmaq lazımdır". 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın Rusiyaya qapalı kanallar vasitəsilə dəfələrlə müraciət etdiyini və Ukraynanın iştirakı olmadan Rusiya-Ukrayna münaqişəsi ilə  bağlı dialoq qurmağı təklif etdiyini bildirib.  Onun sözlərinə görə, Moskva təmaslardan imtina etməyib və Qərb dövlətlərinin təkliflərini "dinləməyə hazır olub”. 

Lakin o, Parisin davranışını birmənalı qarşılamayıb:

"Bir neçə dəfə fransalı  həmkarlarımız qapalı kanallarla bizə dioloq təklifi ilə müraciət ediblər. Özü də bunu Qərbin daim təkrarladığı "Ukraynasız Ukrayna haqqında heç bir kəlmə" prinsipini pozaraq ediblər", deyə rusiyalı nazir bildirib. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri