Icma.az
close
up
RU
Ukraynaya daha bir zərbə Zelenski o mesajı alarsa, Putinlə razılaşacaq

Ukraynaya daha bir zərbə Zelenski o mesajı alarsa, Putinlə razılaşacaq

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

NATO-nun Baş katibi Mark Rutte Ukrayna münaqişəsi ilə bağlı yaxın günlərdə vəziyyətin dəyişməsinin mümkün olduğunu bəyan edib. Onun sözlərinə görə, növbəti 10 gün ərzində münaqişənin həlli prosesinin irəliləməsi üçün yeni fürsət yarana bilər.

NATO rəsmisi bunun Vaşinqton və Kiyev rəhbərlərindən asılı olduğunu, həmçinin Türkiyənin də vacib rol oynayacağını söyləyib. Ruttenin alyansa üzvlüklə bağlı açıqlaması isə xüsusi diqqət çəkib. O vurğulayıb ki, Ukrayna və ya başqa bir ölkəyə sülh müqaviləsinin bir hissəsi kimi NATO üzvlüyünün danışıqlar masasında yer alacağına dair heç vaxt söz verilməyib.

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, Ruttenin açıqlamalarında yalnız bir real məqam var:

“Bəli, Türkiyə bu prosesdə artıq vasitəçi ölkə kimi əsas mövqedədir. Son İstanbul görüşü də bunun açıq göstəricisidir. Ruttenin digər fikirləri isə Ukraynanı növbəti dəfə qızışdırmağa və Qərbin ikiüzlü siyasətinə xidmət edir.

Ərazisində münaqişə olan heç bir ölkə NATO-ya üzv qəbul edilə bilməz. Bu isə bir daha onu göstərir ki, NATO-nun əvvəlki illərdə Gürcüstan və Ukrayna ilə bağlı verdiyi vədlər sadəcə siyasi təzyiq aləti olub.

Alyans əvvəllər Tbilisini, daha sonra Kiyevi quruma üzv qəbul ediləcəkləri vədini versə də, bu, reallaşmadı. İndi Ruttenin bəyanatları, sanki müharibəni Rusiya başlatmayıb və o, münaqişənin tərəfi deyilmiş kimi təsəvvür yaradır. Guya anlamırlar ki, bu müharibənin baş memarı Moskva olduğu kimi, məsələni bitirəcək əsas aktor da odur”.


Cavanşir Abbaslı

C.Abbaslının sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hələ də danışıqlar masasına əyləşmək fikrində deyil və Ukrayna lideri Volodimir Zelenskini legitim tərəf kimi tanımır:

“Bu isə yaxın 10 gündə vəziyyətin dəyişəcəyinə dair nikbin proqnozların real olmadığını göstərir. Mövcud müharibə əslində Rusiya-Qərb, xüsusilə də Rusiya-ABŞ qarşıdurmasıdır. Sonda atəşkəs masasında əsas tərəflər də elə Vaşinqton və Moskva olacaq. Avropa ölkələri isə sadəcə öz maraqları üçün fürsət axtaracaq.

Ukrayna bu müharibəni bitirə biləcək gücə malik deyil və prosesin taleyi Qərbdəki dairələrin qərarlarından asılıdır.

Əgər onlar müharibənin bitməli olduğunu desələr, Zelenski Putinlə birbaşa dialoqa girmədən belə kapituliyasiya sənədinə imza ata bilər. Çünki başqa alternativ qalmayıb. NATO Ukraynanı çoxdan satmışdı, bu, artıq sirr deyil. 2008-ci ilin Gürcüstanı və 2014-cü ilin Ukraynası bunun açıq sübutudur. Təəssüf ki, həmin dərslərdən nəticə çıxarılmadı”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see266

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see164

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see139

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see134

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see132

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see131

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see129

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see128

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see127

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see126

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see126

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see125

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

01 Oktyabr 2025 15:11see125

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see123

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see123

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

01 Oktyabr 2025 10:31see123

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

01 Oktyabr 2025 16:34see121

Estoniya sərhəddə qalmış maşınları satır

01 Oktyabr 2025 12:30see118

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see117

Azər Bağırov Gəncə klubunun rəhbərliyinə gətirildi

01 Oktyabr 2025 16:12see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri