Icma.az
close
up
RU
Zelenski Putinlə dialoqa hazırdır

Zelenski Putinlə dialoqa hazırdır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Liderlərin İstanbul görüşü baş tutacaqmı?

Rusiya–Ukrayna müharibəsinin tənzimlənməsi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Prezident Vladimir Putinin ilkin şərtsiz Türkiyədə danışıqlara başlamaq barədə irəli sürdüyü təklifdən sonra hamı görüşün baş tutub-tutmayacağı barədə müxtəlif fikirlər səsləndirir. Ukrayna prezidenti Vladimir Zelenskinin də rusiyalı liderlə görüşməyə hazır olmasını deməsi belə görüşün keçiriləcəyinə ümidləri artırır. Ancaq ortadakı dərin fikir ayrılığı belə bir görüşün baş tutacağına inamı azaldır.

Mayın 11-də ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri David Lemmi və Almaniyanın yeni kansleri Fridrix Merts ilə telefon danışığı aparıb. Əsas müzakirə mövzusu Ukraynadakı müharibə və onun sülh yolu ilə həlli səyləri olub. Rubio qeyd edib ki, ABŞ-ın prioriteti hərbi əməliyyatlara son qoymaq və Rusiya ilə Ukrayna arasında dərhal atəşkəsə nail olmaqdır. Vaşinqton sülhün bərqərar olması üçün səylərini davam etdirəcək. ABŞ dövlət katibi vurğulayıb ki, ABŞ və müttəfiqlərinin ümumi məqsədi var – Ukraynada müharibəyə son qoymaq və Avropada sabitliyi təmin etmək.

Xatırladaq ki, mayın 10-da Vladimir Zelenski Avropa liderləri ilə birlikdə Vladimir Putinə ultimatum veriblər: ya Rusiya bazar ertəsindən etibarən hərtərəfli, qeyd-şərtsiz atəşkəslə razılaşacaq, ya da Avropa və Amerikanın yeni sanksiyalar paketi ilə üzləşəcək. Qeyd etmək yerinə düşər ki, Qərb uzun müddət ərzində ilk dəfə olaraq öz tələblərini ultimatum formasında səsləndirib. Bu onu göstərir ki, “Qoca qitə”nin münaqişənin diplomatiya vasitəsilə həll olunacağına inamı azdır. Buna görə də, əgər Rusiya mayın 15-dək atəşkəs elan etməsə, Avropa İttifaqının və Böyük Britaniyanın həftənin sonuna qədər yeni sanksiyalar paketini açıqlayacaqları bildirilir.

Diplomatik təzyiq beynəlxalq ictimaiyyətin arsenalında mühüm alət olaraq qalır. Bu təzyiqin davam etdirilməsi və gücləndirilməsi bir çoxları tərəfindən ədalətli və davamlı sülhə nail olmaq üçün zəruri element kimi qəbul edilir. Avropa Birliyinin diplomatiya rəhbəri Kaja Kallas bazar ertəsi Londonda Avropa nazirlərinin “Veymar+” görüşündən əvvəl Rusiya və Ukraynanı atəşkəslə razılaşmağa çağırıb. O, müvafiq razılaşma olmadan sülh danışıqlarının mümkünsüzlüyünü bəyan edib və Moskvanı siyasi “oyun” oynamaqda ittiham edib: “Atəşkəs olmasa, atəş altında danışıqlar da ola bilməz”.

Rusiya prezidenti Vladimir Putin ölkəsinin atəşkəsə razı olub-olmayacağına birbaşa cavab verməsə də, Ukrayna ilə Türkiyədə birbaşa sülh danışıqlarına başlamağı təklif edib. ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə buna cavab verərək bildirib ki, Ukrayna Türkiyədə Rusiya ilə danışıqlara dərhal razılıq verməlidir. Prezident Vladimir Zelenski isə öz növbəsində Türkiyəyə cümə axşamı gələcəyini və Putinin də danışıqlara gələcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, Ukrayna prezidenti Vladimir Zelenski də vurğulayıb ki, diplomatiyaya real şans vermək üçün atəşkəs 30 gün davam etməlidir. Onun sözlərinə görə, atəşkəsdən (ilk addım) diplomatiyaya keçid sxemi təkcə Avropa müttəfiqləri deyil, həm də ABŞ tərəfindən dəstəklənir. Bundan əlavə, Kiyev qeyd edib ki, “istəklilər koalisiyası”nın liderləri təşəbbüsü elan etməzdən əvvəl prezident Donald Trampa zəng ediblər. Bundan sonra ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “X” sosial şəbəkəsində yazıb ki, “30 günlük hərtərəfli atəşkəs II Dünya müharibəsindən sonra Avropada ən böyük və ən uzun müharibəyə son qoymaq prosesinə start verəcək”.

Bununla belə, vəziyyətin gələcək inkişafının proqnozu bir çox amillərdən, o cümlədən potensial danışıqların nəticələrindən, müttəfiqlərin gələcək hərbi yardımından və geosiyasi vəziyyətin dəyişməsindən asılı olacaq. Vladimir Putin və Vladimir Zelenski arasında görüşün perspektivi də son dərəcə çətin və qeyri-müəyyən olaraq qalır. Tərəflər arasında dərin fikir ayrılıqlarını nəzərə alan politoloqlar iddia edirlər ki, iki lider arasında birbaşa görüş ehtimalı aşağıdır. Əgər belə görüş keçirilsə belə, danışıqların uğuru tərəflərin güzəştə getmək istəyindən və cəbhədəki hərbi vəziyyətin dəyişməsindən asılı olacaq. “Bloomberg” agentliyi də hesab edir ki, sülh təşəbbüsü hələ də təhlükə altındadır – onun ətrafında çoxlu həll olunmamış problemlər və inamsızlıq var.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1156

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see349

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see333

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see332

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see330

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see324

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see286

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see260

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see231

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see203

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see201

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see201

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see199

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see198

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see194

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see186

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see171

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri