Ukraynaya göndərilən xarci qoşunlar Rusiyanın hədəfinə çevriləcək
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
Qərb ölkələrinin Ukraynaya göndərəcəyi istənilən hərbi kontingent Rusiya üçün “qanuni döyüş hədəfi” olacaq.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Qərb ölkələrinin hərbi hissələrinin, hərbi obyektlərinin, anbarlarının və digər infrastrukturunun Ukrayna ərazisində yerləşdirilməsi birbaşa xarici müdaxilə kimi qiymətləndiriləcək. Bu isə təkcə Rusiyanın deyil, həm də digər Avropa ölkələrinin təhlükəsizliyinə ciddi təhdid yaradır.
Qeyd olunur ki, bu cür bütün bölmələr və obyektlər Rusiya Silahlı Qüvvələri tərəfindən qanuni döyüş hədəfləri hesab ediləcək.
Rusiya XİN əlavə edib ki, “istəkli ölkələr” və Ukrayna koalisiyası tərəfindən səsləndirilən “militarist” açıqlamalar əslində real müharibə oxunun formalaşdığını göstərir.
Xatırladaq ki, yanvarın 6-da Fransa prezidenti Emmanuel Makron atəşkəsdən sonra Ukraynaya minlərlə fransız əsgərinin göndərilə biləcəyini açıqlayıb. O, həmçinin Türkiyənin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin dəniz komponentinə cavabdeh olmağa hazır olduğunu bildirib. Makronun sözlərinə görə, ABŞ sülh müqaviləsi imzalandıqdan sonra atəşkəsə nəzarətdə aparıcı rol oynayacaq.
Böyük Britaniyanın baş naziri Keir Starmer də atəşkəsdən sonra Böyük Britaniya və Fransanın Ukraynada hərbi mərkəzlər yaradacağını bəyan edib.
ELÇİN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Yanvar 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















