Onlar da Rusiyanın qanuni hədəfinə çevriləcək
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa hərbçilərinin Ukraynada yerləşdirilməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib.
“Bizim tərəfimizdən görüləcək tədbirlər Xarici İşlər Nazirliyində deyil, Müdafiə Nazirliyi və Baş Qərargahda müəyyənləşdiriləcək. Prezident Vladimir Putinin bildirdiyi kimi, Ukraynada yerləşdiriləcək xarici qoşunlar Rusiya hərbçiləri üçün qanuni hədəfə çevriləcək. Ümid edirik ki, Paris bunu anlayır”, – Zaxarova deyib.
Diplomat Fransanın RFI radiostansiyasının “Volonté” əməliyyatı çərçivəsində Fransa hərbçilərinin Ukraynada olması barədə məlumatlarının Moskva üçün gözlənilməz olmadığını qeyd edib.
Onun sözlərinə görə, Rusiya daha əvvəl də Ukraynada Qərb ölkələrindən, o cümlədən Fransadan olan hərbi mütəxəssislərin, təlimatçıların və muzdluların mövcudluğunu iddia edib.
Zaxarova xatırladıb ki, Rusiya Xarici Kəşfiyyat Xidməti 2025-ci ilin oktyabrında Fransanın Ukraynaya hərbi kontingent göndərmək planları barədə məlumat yayıb.
O, Fransa Prezidenti Emmanuel Makronun da belə bir addımın mümkünlüyünü dəfələrlə dilə gətirdiyini bildirib.
Rusiya XİN rəsmisi Parisin daxili sosial-iqtisadi problemlər və etiraz aksiyaları fonunda Ukrayna münaqişəsində iştirakını genişləndirməsini də tənqid edib.
Fransa hərbçilərinin Ukraynada yerləşdirilməsi barədə iddialar müstəqil şəkildə təsdiqlənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 18 Noyabr 2026 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















