Icma.az
close
up
RU
“UKRAYNAYA TƏZMİNAT ÖDƏYƏNƏ QƏDƏR...” Avropa Ukraynaya 90 milyard ayırdı borcu Rusiya ödəyəcək

“UKRAYNAYA TƏZMİNAT ÖDƏYƏNƏ QƏDƏR...” Avropa Ukraynaya 90 milyard ayırdı borcu Rusiya ödəyəcək

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ukraynaya kompensasiya ödəyənə qədər Rusiyanın Avropadakı aktivləri dondurulacaq

AzPolitika” xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kostanın sosial mediada paylaşdığı məlumata görə, Brüsseldə 15 saatlıq danışıqlardan sonra Avropa İttifaqı 2026-27-ci illər üçün Ukraynaya 90 milyard avroluq maliyyələşdirmə paketini təsdiqləyib.  

"Bizim razılaşmamız var. Ukraynaya 2026-27-ci illər üçün 90 milyard avroluq dəstək göstərmək qərarı verildi. Biz söz verdik və yerinə yetirdik", - deyə o bildirib.

Almaniya kansleri Fridrix Merts də qərara münasibət bildirərək qeyd edib ki, "Bu, Avropadan Putinə açıq bir siqnaldır”:  "Bu vəsait Ukraynanın növbəti iki ildə hərbi və büdcə ehtiyaclarını ödəmək üçün kifayətdir. Bu, müharibənin bitməsi üçün həlledici bir siqnaldır, çünki Putin yalnız müharibəsinin ona fayda verməyəcəyini anladıqda güzəştə gedəcək".

Qeyd edək ki, Aİ Zirvə Toplantısının təzminat krediti ilə bağlı çıxılmaz vəziyyətə düşdüyü və nəticədə “B Planı”na keçməyə məcbur olduğu bildirilir. Belə ki, Belçika başda olmaqla, bir neçə ölkə Rusiya vəsaitlərinin birbaşa müsadirə edilərək Ukraynaya verilməsinə qarşı çıxıblar. Bundan sonra qərara gəlinib ki, Ukraynaya kredit ayrılsın, həmin pulun ödənilməsi isə Rusiyanın aktivləri hesabına həyata keçirilsin. Beləliklə, Rusiya aktivləri Moskva Ukraynaya təzminat ödəyənə qədər dondurulacaq və Ukraynanın  borcu bu vəsait hesabına qapadılacaq.  

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta bundan öncə söz vermişdi ki, liderlər Ukrayna üçün maliyyələşdirmə barədə razılığa gəlmədən sammiti tərk etməyəcəklər. Toplantıdan sonra isə Kosta deyib ki, Ukraynaya kompensasiya ödəyənə qədər Rusiya aktivləri dondurulacaq.

Öz növbəsində, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib ki, mexanizm "təzminat krediti" prinsipi ilə işləyəcək: “Ukrayna bu vəsaitləri yalnız Rusiya təzminat ödədikdən sonra qaytarmağa borclu olacaq. O vaxta qədər dondurulmuş Rusiya aktivləri bloklanacaq və Aİ bu krediti maliyyələşdirmək üçün mövcud vəsaitlərdən istifadə etmək hüququnu özündə saxlayır. Biz Ukraynanın növbəti iki il üçün maliyyə ehtiyaclarını ödəmək kimi aydın bir məqsədə çatdıq və çox məmnuniyyətlə deyə bilərəm ki, biz buna nail olduq. Bu ehtiyacları tam ödəyəcək bir razılığa gəldik".

Qeyd edək ki, bundan öncə Prezident Volodimir Zelenski Ukraynanın təzminat krediti olmadan böyük problemlə üzləşəcəyini bildirmişdi.

Bu arada, Rusiya dondurulmuş aktivlər uğrunda mübarizə aparmaqda qərarlıdır. Rusiya Mərkəzi Bankı artıq “Euroclear” depozitariyasına və Aİ-yə qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri