Əraqçi: ABŞ təzminat ödəyənə qədər danışıqlar aparılmayacaq
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ İslamabad Anlaşma Memorandumu çərçivəsində İrana qarşı öhdəliklərini yerinə yetirənə və hücumlar zamanı dəyən ziyana görə təzminat ödəyənə qədər Vaşinqton-Tehran danışıqlarının bərpası mümkün deyil.
“Cebheinfo.az” "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi yerli mediaya müsahibə zamanı bildirib.
"Vasitəçilər hələ də danışıqları bərpa etmək yollarını axtarırlar", - İran XİN rəhbəri əlavə edib.
Xatırladaq ki, hazırda əsas danışıqlar Hörmüz boğazı ilə bağlıdır və İranla Oman arasında aparılır. Əraqçi avqustun 8-də bildirib ki, İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındır. Amerikanın Vitse-prezidenti Cey Di Vens isə "Fox News" telekanalının efirində bəyan edib ki, İran hökuməti Hörmüz boğazı üçün ABŞ-dən ödəniş almağı planlaşdırmır.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 09 Avqust 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















