Icma.az
close
up
RU
“Ulduz” “Genç Yürekler”de parladı!

“Ulduz” “Genç Yürekler”de parladı!

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 58 yaşlı “Ulduz” dərgisi ilə 6 yaşlı “Genç Yürekler” Türk ədəbiyyatında yeni cığır saldılar! 

1967-ci ildən Azərbaycanın paytaxtı Bakıda Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi nəşr olunan “Ulduz” dərgisi   və 2019-cu ildən etibarən Qardaş Türkiyənin paytaxtı Ankara şəhərində  nəşr olunan “Genç Yürekler” dərgisi 2024-cü ildə  Türk ədəbiyyatı tarixinə  yazılacaq  bir ortaqlığa-qardaşlığa imza atdılar.

Aylıq dərgi olan “Ulduz”un 2024-cü il sentyabr sayında “Genç Yürekler” dərgisinin yazarlarının əsərləri Türkiyə türkcəsində işıq üzü gördü. Azərbaycan və Türkiyə-iki qardaş ölkənin yazarları və oxucuları  “Ulduz”da “Genç Yürekler”i ədəbi hadisə kimi dəyərləndirdilər, qürur duyulası  addımın əks-sədası hər iki ölkə mətbuatında günlərlə eşidildi.

Üç ayda bir çıxan “Genç Yürekler” dərgisinin  qış sayı (14-cü sayı)  “Ulduz”a qucaq açdı. Azərbaycanın görkəmli ədəbiyyat nümayəndələrinin qələmindən çıxan bir-birindən gözəl və maraqlı yazılar, əsərlər “Genç Yürekler” dərgisində  Azərbaycan türkcəsində yayımlandı.   Hər iki qardaş ölkənin ədəbiyyat adamları, ədəbiyyatsevərləri bu ədəbi hadisəni də təqdirlə qarşıladılar. Dərgi nəşr olunan gündən etibarən, istər Türkiyə, istərsə də Azərbaycan mətbuatında  ədəbi hadisə ilə bağlı yazılar yer almaqdadır.

27 yanvar 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyində yüksək səviyyədə təqdimatı keçirilən “Genç Yürekler” dərgisinin qış sayını Azərbaycana dərginin Yazı İşləri Müdiri Cem Arslan gətirmişdi. 

“Genç Yürekler” dərgisinin sahibi və Yayın Kurulu Başkanı, şair Muhterem Şahin mətbuata açıqlamasında “Ulduz”-“Genç Yürekler” qardaşlığı haqqında bunları deyib: “Bir Millet, İki Devlet: Azerbaycan-Türkiye” sloganı ile karşılıklı sayılar çıkaran Genç Yürekler ile Ulduz Dergisi; kültür, sanat, edebiyat, basın ve yayın camiasında da takdirle karşılandı.  Can Azerbaycan'ın değerli jurnalı Ulduz Dergisiyle 2021'den beri görüşme halindeyiz. Ulduz Dergisinin Baş Redaktoru Qulu Ağses Bey, bize karşılıklı olarak birer sayı çıkarma teklifinde bulundu. Biz de hiç tereddüt etmeden kabul ettik. Zira yıllardır, Türk dünyasının büyük mütefekkiri Gaspıralı İsmail Bey'in 'Dilde, fikirde, işte birlik.' sözüyle yanıp tutuşuyorduk. Bu söz, benim düşünce dünyamda her zaman kılavuzum olmuştur. Yakın zamanda dergimizin bu son sayısını Bakü’ye ulaştırma imkanı bulduk. Hamd olsun. Orada Azərbaycan Yazıçılar Birliyi'nde (AYB) çok güzel bir tanıtım programı oldu. Büyük kalem üstadı Anar Bey, dergilerimizden övgüyle söz etti. Ulduz Dergisinin Baş Redaktoru Qulu Ağses Bey'in fedakarlığını, gayretini unutamam. Redaksıya Heyeti Üyesi Prof. Dr. Resmiyye Sabir Hanım'ın yardım ve desteğini unutamam. Her ikisine de şükranlarımı sunuyorum”.

Dəyərli Muhterem Şahin onu da qeyd edib ki,  “Genç Yürekler” dərgisinin yaradıcı heyəti  olaraq may ayında Bakıda baş tutacaq IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvətlidirlər.  Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “O da ulu, bu da ulu,/ Azərbaycan-Türkiyə!” misraları ilə açıqlamasını bitirən Muhterem Şahinin dediyi bir cümlə isə, əsrlər sonra da xatırlanacaq: “Azerbaycan Türk dünyasının şahdamarıdır!”

“Ulduz” jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəs isə mətbuata açıqlamasında  dərgilərin qardaşlaşmasının tarixindən danışdı:  “İki il öncə qardaş ölkədə türkdilli dövlətlərin dərgilərinin fuarı keçirilirdi. “Ulduz” jurnalı da həmin tədbirə redaksiya heyətinin üzvü, şair Rəsmiyyə Sabirin qismində qatılmışdı. Azərbaycana dönən Rəsmiyyə xanım mənə ordakı dərgilərdən bəhs etdi və “Gənc ürəklər” dərhal diqqətimi cəlb etdi. Beləcə, dərginin baş redaktoru Möhtərəm Şahinlə yazışdıq, bir-birimizə əbədi əməkdaşlıq təklifi yolladıq. İstəyimiz qısa vaxtda reallaşdı.  Hər iki dərginin-“Ulduz”da “Genç Yürekler”, “Genç Yürekler”də “Ulduz”- nəşri bir daha sübut etdi ki, biz ulu öndər Heydər Əliyevin dediyi kimi, həqiqətən, iki dövlət, bir millətik!”

Qulu Ağsəs, həmçinin, onu da vurğulayıb ki, əməkdaşlıq davam edəcək.

İndiyədək “Ulduz”-“Genç Yürekler” qardaşlığı barədə qardaş ölkənin “Ankara Ulus” və “İlksayfa” qəzetləri, (həmçinin, qəzetlərin saytları)  xəbər mətnləri yayımladılar.   18 fevral 2025-ci ildə isə “AnaHaberGazete” (anahaberyorum.com) “Genç Yürekler Dergisinin Son Sayısı Azerbaycan'da Yankı Buldu” başlığı ilə özəl xəbər hazırladı.  

Hər iki dərgiyə Ortaq Türk mədəniyyəti və  ədəbiyyatı naminə atdıqları bu addıma görə təşəkkür edir, qoşa addımlayacaqları hər cığırda uğur, uğur, yenə uğur arzulayırıq!  

Şəfa Vəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Fevral 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri