Icma.az
close
up
RU
525 ci qəzet Ulduz Genç Yürekler dparladı!

525 ci qəzet Ulduz Genç Yürekler dparladı!

Icma.az, 525.az saytına istinadən bildirir.

1967-ci ildən Azərbaycanın paytaxtı Bakıda Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi nəşr olunan "Ulduz" dərgisi və 2019-cu ildən etibarən Qardaş Türkiyənin paytaxtı Ankara şəhərində nəşrə başlamış "Genç Yürekler" dərgisi 2024-cü ildə Türk ədəbiyyatı tarixinə yazılacaq bir ortaqlığa-qardaşlığa imza atdılar.

Aylıq dərgi olan "Ulduz"un 2024-cü il sentyabr sayında "Genç Yürekler" dərgisinin yazarlarının əsərləri Türkiyə türkcəsində işıq üzü gördü. Azərbaycan və Türkiyə - iki qardaş ölkənin yazarları və oxucuları "Ulduz"da "Genç Yürekler"i ədəbi hadisə kimi dəyərləndirdilər, qürur duyulası addımın əks-sədası hər iki ölkə mətbuatında günlərlə eşidildi.

Üç ayda bir çıxan "Genç Yürekler" dərgisinin qış sayı (14-cü sayı) "Ulduz"a qucaq açdı. Azərbaycanın görkəmli ədəbiyyat nümayəndələrinin qələmindən çıxan bir-birindən gözəl və maraqlı yazılar, əsərlər "Genç Yürekler" dərgisində Azərbaycan türkcəsində yayımlandı. Hər iki qardaş ölkənin ədəbiyyat adamları, ədəbiyyatsevərləri bu ədəbi hadisəni də təqdirlə qarşıladılar. Dərgi nəşr olunan gündən etibarən, istər Türkiyə, istərsə də Azərbaycan mətbuatında ədəbi hadisə ilə bağlı yazılar yer almaqdadır.

27 yanvar 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyində yüksək səviyyədə təqdimatı keçirilən "Genç Yürekler" dərgisinin qış sayını Azərbaycana dərginin yazı işləri müdiri Cem Arslan gətirmişdi.

"Genç Yürekler" dərgisinin sahibi və Yayın Kurulu Başkanı, şair Muhterem Şahin mətbuata açıqlamasında "Ulduz"-"Genç Yürekler" qardaşlığı haqqında bunları deyib: "Bir Millet, İki Devlet: Azerbaycan-Türkiye" sloganı ile karşılıklı sayılar çıkaran Genç Yürekler ile Ulduz Dergisi; kültür, sanat, edebiyat, basın ve yayın camiasında da takdirle karşılandı. Can Azerbaycanın değerli jurnalı Ulduz Dergisiyle 2021'den beri görüşme halindeyiz. Ulduz Dergisinin Baş Redaktoru Qulu Ağses Bey, bize karşılıklı olarak birer sayı çıkarma teklifinde bulundu. Biz de hiç tereddüt etmeden kabul ettik... Azərbaycan Yazıçılar Birliyi'nde (AYB) çok güzel bir tanıtım programı oldu. Büyük kalem üstadı Anar Bey, dergilerimizden övgüyle söz etti..."

Dəyərli Muhterem Şahin onu da qeyd edib ki, "Genç Yürekler" dərgisinin yaradıcı heyəti olaraq may ayında Bakıda baş tutacaq IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvətlidirlər.

"Ulduz" jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəs isə mətbuata açıqlamasında dərgilərin qardaşlaşmasının tarixindən danışdı: "İki il öncə qardaş ölkədə türkdilli dövlətlərin dərgilərinin fuarı keçirilirdi. "Ulduz" jurnalı da həmin tədbirə redaksiya heyətinin üzvü, şair Rəsmiyyə Sabirin qismində qatılmışdı. Azərbaycana dönən Rəsmiyyə xanım mənə ordakı dərgilərdən bəhs etdi və "Gənc ürəklər" dərhal diqqətimi cəlb etdi. Beləcə, dərginin baş redaktoru Möhtərəm Şahinlə yazışdıq, bir-birimizə əbədi əməkdaşlıq təklifi yolladıq. İstəyimiz qısa vaxtda reallaşdı. Hər iki dərginin - "Ulduz"da "Genç Yürekler", "Genç Yürekler"də "Ulduz" - nəşri bir daha sübut etdi ki, biz, ulu öndər Heydər Əliyevin dediyi kimi, həqiqətən, iki dövlət, bir millətik!"

İndiyədək "Ulduz"-"Genç Yürekler" qardaşlığı barədə qardaş ölkənin "Ankara Ulus" və "İlksayfa" qəzetləri, (həmçinin, qəzetlərin saytları) xəbər mətnləri yayımladılar. 18 fevral 2025-ci ildə isə "AnaHaberGazete" (anahaberyorum.com) "Genç Yürekler Dergisinin Son Sayısı Azerbaycanda Yankı Buldu" başlığı ilə özəl xəbər hazırladı.

Hər iki dərgiyə Ortaq Türk mədəniyyəti və ədəbiyyatı naminə atdıqları bu addıma görə təşəkkür edir, qoşa addımlayacaqları hər cığırda uğurlar arzulayırıq!

Şəfa VƏLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri