Ulduz lu görüşlər in növbəti qonağı Azər Turan olub
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı "Ulduz" ədəbiyyat dərgisinin layihəsi davam edir.
"Ulduz"lu görüşlər"in növbəti qonağı tənqidçi, publisist, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan olub. AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri iştirak ediblər. "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs türk məfkurəsini öz həyat amalına çevirən Azər Turanın həyat və yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib. "Ulduz" jurnalının şöbə redaktoru Taleh Mansur dəyərli kitablar müəllifi olan Azər Turanla görüşün tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb. Azər Turan görüşü təşkil etdiyinə görə "Ulduz" ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Qonaq zəngin milli düşüncə tariximizə nəzər salaraq, ədəbiyyatımızda geniş yer tutan türk təfəkkürü, özünüdərk, vətən və millət mövzuları ətrafında fikirlərini bölüşüb. Nizami Gəncəvi, Əhməd Cavad, Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə kimi dühaların yaradıcılığının öyrənilməsinin əhəmiyyətini qeyd edib. Sözügedən mövzularda tələbələri maraqlandıran suallar cavabalandırılıb, onlara Azər Turanın imzalı kitabları hədiyyə edilib. Layihənin növbəti qonağı şair Baba Vəziroğlu olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 Aprel 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















