Icma.az
close
up
RU
“Ulduz müharibəsi” reallığa çevrilir

“Ulduz müharibəsi” reallığa çevrilir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-də Prezident Donald Tramp administrasiyasının İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminə bənzər şəkildə yaratmaq istədiyi “Qızıl günbəz” layihəsinə, Çindən sonra Şimali Koreyadan da sərt reaksiya gəlib.

“Cebheinfo.az” xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyinin Amerika Araşdırmaları İnstitutu ABŞ-nin "Qızıl günbəz" adlı hava hücumundan müdafiə sistemi layihəsini son dərəcə təhlükəli və təhdidedici adlandırıb.

Qurum “Qızıl günbəz” planını Trampın “Əvvəlcə Amerika” doktrinasının tipik bir nümunəsi adlandıraraq, bu təşəbbüsün “təkəbbür, özündən razılıq və özbaşınalıqla” müşayiət olunduğunu və “dünyada nüvə müharibəsi ssenarisi” xarakteri daşıdığını qeyd edib. 

Çin də ötən həftə bu layihə ilə bağlı açıqlama verərək, Prezident Trampın “Qızıl günbəz” adlı raketdən müdafiə sistemi təşəbbüsünün dünyada silahlanma yarışına səbəb ola biləcəyi və sülh məqsədli istifadə prinsipinə zidd olduğu barədə xəbərdarlıq etmişdi. 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində keçirilən ənənəvi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən, layihənin aqressiv xarakter daşıdığını və Kosmik Müqavilənin dinc məqsədlərlə istifadə prinsipinə zidd olduğunu vurğulamışdı. 

Mao əlavə etmişdi ki, bu layihə kosmosu potensial döyüş meydanına çevirmək və kosmosda silahlanma yarışını başlatmaq riskini artırır, eyni zamanda beynəlxalq təhlükəsizlik və silah nəzarəti sistemlərini zəiflədə bilər. O, layihəni “ABŞ-nin yalnız öz təhlükəsizliyini prioritet saydığı daha bir “Əvvəlcə Amerika layihəsi” adlandırmış, bunun “hamı üçün bərabər təhlükəsizlik” prinsipini pozduğunu və qlobal strateji balansı və sabitliyi təhdid etdiyini qeyd etmişdi. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp uzun müddətdir bəhs etdiyi “Qızıl günbəz” müdafiə sistemi ilə bağlı rəsmi açıqlamanı 20 may tarixində vermişdi.O bildirib ki, layihə kosmosda yerləşdiriləcək sensorlar və qarşılayıcı raketlər də daxil olmaqla, yeni nəsil texnologiyalardan istifadə edəcək və bu sistem quru, dəniz və kosmosda yerləşdiriləcək.Tramp ilkin mərhələdə layihəyə 25 milyard dollarlıq büdcə ayıracaqlarını, növbəti maliyyə illərində isə əlavə xərclər planlaşdırdıqlarını açıqlamışdı.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 May 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see280

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see270

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see268

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see262

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see259

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see254

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see241

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see240

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see238

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see233

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see227

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see225

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see220

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see208

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see206

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see205

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see189

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see186

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see184

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri