Icma.az
close
up
RU
“Ulduz”u sönən məşhurlar Qətl, şantaj, dələduzluq...

“Ulduz”u sönən məşhurlar Qətl, şantaj, dələduzluq...

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Rəqsanə İsmayılovanın qəfil həbsi gündəmin əsas mövzularından birinə çevrilib. Cəmiyyətin bir qismi sənət adamının hansısa cinayətlə bağlılığını qəbul etməsə də, bundan əvvəl də müxtəlif incəsənət nümayəndələrinin məhkum edildiyi faktları var.

“Qafqazinfo” mövzunun aktuallığını nəzərə alaraq bu günə qədər cinayət törətmiş tanınmış sənətçiləri yada salır:

Fədayə Laçın

Bu günə qədər həbsi ilə böyük rezonans yaradan sənətçilərən biri Fədayə Laçın olub. Fədayənin “Lotu Quli”nin həbsdən qaçmasına kömək edərkən tutulması həmin dövrdə böyük müzakirələrə yol açmışdı. Müğənni bu cinayətinə görə ömrünün 2 ilini dəmir barmaqlıqlar arasında keçirdi.

Rəşad Dağlı

Qonşusunu qətlə yetirən meyxanaçı Rəşad Dağlının cinayəti də sensasiya yaratdı. Dağlı bu əməlinə görə 9 il 6 ay həbslə cəzalandırıldı. Artıq 3 ildir həbsdə olan meyxanaçı hazırda cəzaçəkmə müəsisəsində qalan illərinin keçməsini gözləyir.

Cavid Sumqayıtlı, Mahir Ay Brat

Meyxanaçılar Cavidlə Mahir ikisi də narkotik cinayətinə görə məhkum edilib. Sumqayıtlı 7 il 6 aylıq həbsə göndərilsə də, Mahir məhkumluğunu şərti keçirir.

Elşad Xose

Məşhur repçi Elşad Xose də narkotikə görə həbsdə yatıb.

Aqil M.Quliyev

Tanınmış rejissor bir vaxtlar məhkəmə qərarını icra etməməkdə təqsirli bilinərək 1 il 6 ay həbsə məhkum olunub.

Rza Rzayev

“Draqon” kimi tanınan Rza Rzayev xuliqanlığa görə 2 il müddətinə azadlıqdan məhrum edilib. Gimnaziya direktoru olan Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilən aktyor bu yaxınlarda azadlığa buraxılıb.

Ağadadaş Ağayev

Hazırda məhkumluğu davam edən ən məşhur sənətçilərdən biri Xalq artisti Ağadadaş Ağayevdir. Baltanı cinayət alətinə çevirib xuliqanlıq edən müğənniyə bu yaxınlarda 2 illik şərti cəza verilib.

Samir Cavadzadə

Azərbaycanın “Eurovision-2008” təmsilçisi Samir Cavadzadə dostunu bıçaqladığı üçün cinayət məsuliyyətinə cəlb edilib. O, 48 saat saxlanıldıqdan sonra nəzarət şərti ilə sərbəst buraxılıb. İstintaqın sonunda cinayət işinə xitam verilib.

Vüsal Əliyev

Bir vaxtlar gənclərin ən çox sevdiyi müğənnilərdən biri olan Vüsal Əliyev dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət axtarışda olan ifaçı Bakıya qayıdanda tutulmuşdu. İstintaq onun azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq uzunmüddətli həbslə cəzalandırmayıb.

Təranə Səmədova

Bir çox tanınmış müğənnilərə prodüserlik edən Təranə Səmədova da hazırda məhkumdur. Səmədovaya şantaja görə 6 il həbs cəzası verilib.

Dəniz Əsədova

Ən yaxın müddətdə həbs edilən müğənni isə Dəniz Əsədovadır. Qalmaqallı müğənni böhtana görə 8 ay “içəridə” qalacaq.

Azər Zahid

Daim incəsənət nümayəndələrinin içində olan, TikTokda yarışmalar təşkil edən aparıcı Azər Zahid də cinayət məsuliyyətinə cəlb edilənlər siyahısına daxildir. Çirkli pulları yuma, qumarxana təşkil etmə ittihamları ilə bir neçə ay həbsdə qalan aparıcı bu yaxında ev dustaqlığına buraxılıb.

Sadaladıqlarımız yalnız cinayət işləri ilə bağlıdır. Lakin bu günə qədər inzibati qaydada həbs edilən məşhurlar da çoxdur - Manaf Ağayev, Tunar Rəhmanoğlu, Elşən Xəzər, Orxan Lökbatanlı kimi.

Nəticədə isə kimliyindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir...

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Avqust 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri