Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin dirçəldilməsini təmin etməklə yanaşı, ağır müharibə şəraiti və iqtisadi tənəzzül fonunda şəhərsalma siyasətini dövlət quruculuğunun prioritet istiqamətlərindən birinə çevirmişdir. Şəhərsalma yalnız inkişaf məsələsi deyil, eyni zamanda, bərpa, sabitləşdirmə və yenidənqurma vasitəsi kimi qiymətləndirilmişdir. Həmin dövrdə Bakı başda olmaqla, şəhərlərin simasını formalaşdıran monumental abidələrin, parkların və müasir iş mərkəzlərinin təməli qoyulmuş, infrastruktur yenilənmiş, yollar və kommunikasiya xətləri bərpa olunmuş, sosial obyektlərin tikintisi və şəhər mühitinin abadlaşdırılması geniş vüsət almışdır. Bu mərhələdə şəhərsalma yalnız fiziki yenidənqurma prosesi deyil, eyni zamanda, iqtisadi dirçəlişin və institusional sabitliyin mühüm göstəricisinə çevrilmişdir.
SİA xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.
S.Nuriyev bildirib ki, Ümummilli Lider şəhərlərin estetik və funksional baxımdan yenilənmiş simasının formalaşmasında həlledici rol oynayaraq, tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür: “Azərbaycanın müasir şəhərsalma və memarlıq tarixini Heydər Əliyev şəxsiyyətindən kənarda izah etmək mümkün deyil. Ümumiyyətlə, Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir, tərəqqinin, müsbət fundamental transformasiyaların təməlini təşkil edir və gələcək inkişaf üçün alternativsiz, istiqamətverici vektor rolunu oynayır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 10 May 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















