Icma.az
close
up
RU
Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı MÜNASİBƏT BİLDİRİLDİ

Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev müstəqilliyi xalqın əvəzsiz milli sərvəti hesab edirdi. O, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

O bildirib ki, böyük dövlət xadimi, siyasət nəhəngi olan Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə də özünün qeyri-adi idarəçilik bacarığı, yüksək vətənpərvərliyi sayəsində, məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda hərtərəfli inkişafa nail olmuşdur: "O, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin ən parlaq nünunəsi idi. Onun müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan bütün təhlükələrin qarşısı alındı.

Məhz Heydər Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının xilaskar bir missiya üçün yarandığı təsdiqini tapdı. Xalqımızın böyük şəxsiyyətə göstərdiyi etimad Azərbaycanda gedən ictimai-siyasi proseslərdən çıxan zərurət kimi YAP-ın təşkilatlanmasına, 1993-cü ildə Ulu Öndərin hakimiyyətə gəlməsinə şərait yaratdı. Siyasi təşkilat kimi yarandığı müddətdən qısa zaman sonra siyasi hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası həqiqətən də “dünənin, bu günün və gələcəyin partiyası”na çevrildi. Bu gün dünyanın ən nüfuzlu ölkələrinin siyasi partiyaları geniş beynəlxalq əlaqələrə malik olan YAP-la əməkdaşlıq edir.

1993-cu ilin iyununda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu təmin olundu. “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm” deyən böyük şəxsiyyət öz taleyini Azərbaycanın taleyindən ayırmırdı, o, ömrünün mənasını xalqa xidmətdə görürdü. “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” deyirdi.

Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində ölkəmizin səsi nüfuzlu beyəlxlaq təşkilatların tribunasından eşidilməyə başladı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması ilə ölkənin həyatında yeni dövrün başlanğıcı qoyuldu.

Dövlət quruculuğuna və idarəetməyə xüsusi yanaşan Ulu Öndərin hakimiyyəti dövründə dövlət idarəçiliyinin bütün sahələrində hərtərəfli islahatlara təkan verildi, struktur dəyişikliyi aparıldı, normativ hüquqi baza formalaşdırıldı. Bu uğurlu strategiyanın nəticəsində bütün sahələr dövlətçilik ideyalarına sadiq, milli ənənələrə və beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirildi. Bütün sahələrdə şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan kadr islahatları aparıldı. Ulu Öndər Heydər Əliyev bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub saxlanması uğrunda mübariz siyasi xadim kimi tanınırdı.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması, Ermənistan– Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə idi. “Qoy erməni işğalçıları da eşitsinlər – biz sülh tərəfdarıyıq, müharibəyə son qoymaq istəyirik. Bütün vasitələrdən istifadə edib, danışıqlar apararaq atəşi kəsib müharibənin qurtarmasını istəyirik. Ancaq bunun bir şərti var: erməni işğalçı qüvvələri Azərbaycan torpaqlarını tərk etməli və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Biz danışıqları da bu şərt əsasında aparırıq” deyirdi Ulu Öndər. Azərbaycan ərazi bütövlüyü məsələsində heç vaxt güzəştə gedə bilməz – Heydər Əliyev bütün beynəlxalq görüşlərdə bu prinsipi ön plana çıxarırdı. Keçmiş məcburi köçkünlərlə görüşdə hər zaman əmin edirdi ki, “işğal edilmiş torpaqları geri qaytarılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, Azərbaycan dövləti bütün torpaqlarının, bütün sərvətlərinin sahibi olmalıdır...”

Müzəffər Ali Baş komandan İlham Əliyevin də söylədiyi kimi, “Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik”.

Təsadüfi deyil ki, bu illər ərzində qarşıya qoyulan bütün vəzifələri uğurla icra edə biləcək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin edə biləcək vətənpərvər nəsil yetişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz böyük qələbə nəticəsində işğaldan azad olunmuş bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Bu tarixi torpaqların əsl sahibləri öz doğma yurduna qayıdıb. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur”.

Ümummilli Liderin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti bizi dövlət və xalq olaraq bütün hədəflərimizə çatdırır".

"1993-cü ildə dünya xəritəsindən silinməkdən xilas olan Azərbaycan beynəlxalq münasibətlər sisteminin layiqli üzvü kimi mövqelərini möhkəmləndirməkdədir. Bütün tərəfdaşlar Azərbaycanı etibar və sabitlik amili kimi dəyərləndirir.

Nüfuzlu siyasi xadimlər də deyirdi ki, “Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərik edir. O, Azərbaycanı inkişaf və tərəqqi yoluna gətirib”.

Heydər Əliyev həm də böyük vətənpərvər idi. Hər zaman azərbaycanlı olması ilə fəxr edən Ulu Öndər bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur" - deyə o, əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 May 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri