Icma.az
close
up
RU
Ulu Öndərə mənəvi borcum

Ulu Öndərə mənəvi borcum

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin təşəbbüsü və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  "Konsititusiya və Suverenlik İli" çərçivəsində Bərdə Peşə Təhsil Mərkəzində  Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" və araşdırmaçı, yazıçı-publisist Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitablarının təqdimatı keçirilib.

Əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" adlı ilk kitabı Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə, araşdırmaçı, yazıçı-publisist Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı isə Tərlan Musayevanın 70 illik yubileyinə töhfədir.

Tədbirin əvvəlində şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.. Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbir haqqında geniş məlumat verib. Bildiririb ki, Bakıda, Naxçıvanda, Gürcüstanda, bölgələrimizdə keçirilən tədbirlər davam edir, bu gün isə Tərlan Musayevanın dünyaya göz açdığı Bərdə rayonundayıq. 4 sentyabrda Ağcabədidə, 5 sentyabrda Yevlax rayonunda tədbirin davamı olacaq. İlin sonuna qədər tədbirlər davam edəcək.

Sonra söz Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələləri şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımova verildi. O, qeyd etdi ki, Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" kitabının işıq üzü görməsi sevindirici, qürurverici, həm də Tərlan Musayevanın Ulu Öndərə vəfa borcu, sədaqətinin tərənnümüdür. O bildirib ki, bu kitab gənc nəslə təbliğ olunmalıdır.

Şair Aqşin Hacızadə Ulu Öndər Heydər Əliyevin Tərlan Musayeva haqqında dediyi “Tərlan bütün respublika gənclərinə nümunədir” sözlərini xatırladıb və Tərlan xanıma həsr etdiyi poemadan səsləndirib.  Sonra şəhid anaları- Nailə Ələkbərova, Arzu Hüseynzadə, Mehparə Qəribzadə, şəhid qardaşların bacısı, 2 nömrəli kitabxananın müdiri Nərgiz Cəfərova, şəhid yoldaşı, Veteranlar Şurasının sədri Etibar Hüseynova, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəfov, şair Arzu Yaqubqızı, Axund Hacı Ramazan, Dövlət İdarəetmə və Texnologiya Kollecinin rəhbəri Xosrov Musayev, təqaüdçü  Şahin  Məmmədov  Tərlan Musayevanın keçdiyi şərəfli ömür yolundan danışdılar. Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı isə Tərlan xanımın keçdiyi çətin və şərəfli ömür yolundan bəhs edir.

Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbinin ansamblının üzvləri Vüsal Mirzəyevin, Aydın Əsədovun, Cəlal Hüseynovun çıxışları alqışlarla qarşılandı.

Əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Müsayeva öz çıxışında qeyd etdi ki, Ulu Öndər bir işıqlı, təmənnasız Günəş kimi ömür yoluna işıq salıb, həyatın dərin, az görünən dibindən məni səadətin, şöhrətim ən uca zirvəsinə qaldırdı.Belə qayğıkeş, əmək adamına qol- qanad verən böyük insanın dəstəyi mənə şan- şöhrət gətirdi.

Sonda Tərlan Musayeva Prezident Aparatına, Bərdə Rayon İcra Hakimiyyətinə və qonaqlara təşəkkürünü bildirib.

"Ulu Öndərə mənəvi borcum" kitabının redaktoru Vaqif Osmanlı, "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabının redaktoru Güllü Eldar Tomarlıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri