Icma.az
close
up
RU
Sabirabadda “Ulu Öndərə mənəvi borcum” və “Ulu Öndərin “canlı əsəri Tərlan” kitablarının təqdimatı keçirilib

Sabirabadda “Ulu Öndərə mənəvi borcum” və “Ulu Öndərin “canlı əsəri Tərlan” kitablarının təqdimatı keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Sabirabad, 26 may, AZƏRTAC

Sabirabad Rayon İcra Hakimiyyəti və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə Sabirabad şəhər Bayraq Muzeyində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum", Vaqif Osmanlının “Ulu Öndərin “canlı əsəri” Tərlan”, Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi "Babamın papağı, nənəmin kəlağayısı" kitablarının təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açıb.

Sonra Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı Birliyin milli mənəvi dəyərlərə önəm verməsindən, eləcə də yeni çapdan çıxmış "Babamın papağa, nənəmin kəlağayısı" kitabında toplanan şeir və nəsr nümunələrindən söhbət açıb.

Araşdırmaçı yazar, publisist Vaqif Osmanlı çıxışında bildirib ki, “Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabı Tərlan Musayevanın ömür və əmək yolunu, keçdiyi şərəfli yolun qürurverici məqamlarını əks etdirir.

“Xalqlar dostluğu” ordenli Tərlan Musayeva uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz miras olduğunu vurğulayıb.

Daha sonra YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müdiri Nadir Quliyev, H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta ümumtəhsil məktəbinin dil-ədəbiyyat müəllimi Rəqibə Qəvvas, Rayon Ağsaqqallar Şurasının sədri Eyvaz Fərzəliyev, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor əvəzi Şamama Əbilova, Rayon Gənclər Evinin əməkdaşı Kənan Səmədov kitablar haqqında təəssüratlarını bölüşüblər.

Sonda iştirakçılara kitablar təqdim edilib, Əmək qəhrəmanı Tərlan Musayevanın həyatına dair videoçarxa baxılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri