Icma.az
close
up
RU
Ulu Öndərin 1993 cü ildə Azərbaycanın Prezidenti seçilməsi müasir tariximizdə dönüş nöqtəsi oldu

Ulu Öndərin 1993 cü ildə Azərbaycanın Prezidenti seçilməsi müasir tariximizdə dönüş nöqtəsi oldu

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. 1990-cı illərin əvvəllərində ağır siyasi böhran, iqtisadi tənəzzül, separatçı meyillər və xarici təhdidlər yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalq bu mürəkkəb və ağır şəraitdə xilaskarlıq missiyasını üzərinə götürməyə qadir yeganə Lider – Heydər Əliyevə üz tutdu. Bu müdrik qərar müstəqil dövlətçiliyin möhkəm bünövrəsinin qoyulması, Azərbaycanın parlaq gələcəyinin təmin edilməsi istiqamətində atılan strateji addım idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

“Həyatını dövlətinin və xalqının gələcək inkişafına həsr edən Ümummilli Lider ölkəmizi siyasi xaosdan, parçalanmaq təhlükəsindən xilas edərək sabitlik, inkişaf və tərəqqi yoluna çıxardı. Onun qətiyyətli qərarları və strateji uzaqgörənliyi sayəsində qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsinin, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Beləliklə, ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu və sosial-iqtisadi inkişaf üçün münbit şərait təmin edildi”, - deyə Şahin İsmayılov qeyd edib.

Şahin İsmayılov bildirib ki, 1991–1993-cü illər Azərbaycan üçün faciəvi bir dövr idi: Siyasi baxımdan qeyri-sabitlik, iqtisadi çətinliklər, Ermənistan silahlı qüvvələrinin işğalçı siyasəti və daxili qarşıdurmalar, səriştəsiz idarəetmə... Bütün bunlar dövlətin suveren mövcudluğunu ciddi şəkildə təhlükə altına qoymuşdu. Hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat iqtidarı isə hadisələrin ağırlığını dərk etmir, ölkəni talayır, şəxsi maraqları naminə milli maraqlarımızı qurban verirdi. Müdrik Azərbaycan xalqı çıxış yolunu dahi lider Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü.

1993-cü ilin iyununda xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər uzaqgörənliyi, praqmatik yanaşması, ölçülüb-biçilmiş qərarları, milli maraqlara sadiqliyi və geniş diplomatik təcrübəsi ilə bugünkü qüdrətli Azərbaycanın möhkəm təməlini qoydu. Ardıcıl və sistemli islahatlar, o cümlədən dayanıqlı iqtisadi inkişafın təmin olunması istiqamətində atılan addımlar, ordu quruculuğu ilə bağlı görülən işlər qısa müddət ərzində öz nəticəsini verdi.

Komitə sədri bildirib ki, dünya şöhrətli siyasətçi, beynəlxalq miqyasda böyük hörmət və ehtirama malik Heydər Əliyevin şəxsi nüfuzu yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın dünya dövlətləri arasında mövqeyinin formalaşmasında mühüm rol oynadı. “1994-cü il sentyabrın 20-də Ulu Öndərin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin hərtərəfli inkişafında böyük rol oynadı. Dünyanın nüfuzlu enerji şirkətlərinin ölkəmizin neft-qaz sektoruna cəlb olunmasını, nəhəng investisiya layihələrinin icra edilməsini, sonrakı illərdə ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində tərəfdaşlarla birgə görülən işləri xüsusi qeyd etmək lazımdır”, - deyə Şahin İsmayılov vurğulayıb.

Parlamentin komitə sədri qeyd edib ki, otuz il öncə - 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və qəbul edilən Konstitusiya demokratik və hüquqi Azərbaycan dövlətinin formalaşmasında mühüm addım oldu. Bu sənəd insan hüquqlarının təminatı, hakimiyyət bölgüsü prinsipi, vətəndaş cəmiyyəti və siyasi plüralizmin inkişafı üçün əsas oldu. Hüquqi islahatlar, məhkəmə sisteminin gücləndirilməsi, Ombudsman institutunun yaradılması, ölüm hökmünün ləğvi və cinayətkarlığa qarşı mübarizə istiqamətində görülən işlər Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasını təmin etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını müasir dövrün çağırışlarına uyğunlaşdırmaqla davam etdirdiyini söyləyən komitə sədri bildirib ki, bu gün tam müstəqil siyasət yürüdən Azərbaycan dayanıqlı iqtisadi inkişafı, güclü ordusu, uğurlu enerji siyasəti ilə qabaqcıl dünya dövlətləri sırasındadır. Enerji resurslarından əldə olunan gəlirlərin düzgün istiqamətləndirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təmin olunub.

Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə qüdrətli Azərbaycan bu gün ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edib. Azərbaycan bu gün azad olunmuş tarixi torpaqlarımızda tarixinin ən böyük bərpa-quruculuq layihələrindən birini uğurla icra edir.

“Beləliklə, 1993-cü il 3 oktyabr tarixi Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmlənməsi və qüdrətli gələcəyimizin təmin olunmasına yol açdı”,- deyə Şahin İsmayılov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see203

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see186

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see173

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see163

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see143

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see138

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see135

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see133

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri