Icma.az
close
up
RU
Ulu öndərin adını daşıyan hərbi liseydə məzun günü

Ulu öndərin adını daşıyan hərbi liseydə məzun günü

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin 25-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Rəşad Əsgərov səlahiyyətli nümayəndəyə mərasimə hazırlıq barədə raport verib. Səlahiyyətli nümayəndə kursantları salamlayıb. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, müasir, güclü və peşəkar ordu müstəqil dövlətin sütunlarından biridir. Xüsusilə Azərbaycan kimi mürəkkəb coğrafiyada yerləşən bir ölkə üçün ordu müstəqilliyin, suverenliyin və ləyaqətin qoruyucusudur. Bu ordu ulu öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Hələ 1970-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə Azərbaycanın gələcək hərbi elitasının formalaşdırılması prosesi başlayıb.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Bunun ən parlaq nəticəsi özünü 2020-ci ildə göstərdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şəhidlərimizin qanı, qazilərimizin canı bahasına tarixi ədaləti bərpa etdi. Bu, sadəcə, hərbi qələbə deyil, bir millətin dirçəlişi, bir xalqın iradəsinin təntənəsi idi.

Fuad Nəcəfli sonda bildirib: “Əziz gənclər! Qarşıda sizi çətin, lakin şərəfli bir yol gözləyir. Bu yolda sizi yalnız bilik, sədaqət və vətənpərvərlik irəli aparacaq. Unutmayın, siz Azərbaycan Ordusunun üzvüsünüz. Siz qalib xalqın övladısınız. Siz şəhidlərin mirasını daşıyırsınız!”.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Rəşad Əsgərov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində və digər hərbi əməliyyatlarda hərbi liseyin məzunları yüksək döyüş və peşəkarlıq nümunəsi göstəriblər. Liseyin məzunlarından 4-ü Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülüb, 96-sı isə şəhidlik zirvəsinə ucalıb. Hazırda onlarla məzun dünyanın müxtəlif hərbi akademiyalarında – Türkiyə Respublikasında, Rusiya Federasiyasında, İtaliya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələrdə təhsillərini davam etdirirlər.

Vətən müharibəsi şəhidi Şükür Hacıyevin anası Fatma Şükürlü tarixi Zəfərimizin qazanılmasında Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının da böyük rolu olduğunu vurğulayıb, kursantlara təhsillərində uğurlar arzulayıb. Hərbi liseyin məzunu Ağa Əlizadə 25-ci buraxılış məzunları adından savadlı, bacarıqlı və vətənpərvər kursantlar kimi təhsil almalarında əməyi olan komandir və müəllimlərinə, eləcə də göstərdikləri dəstəyə görə valideynlərinə minnətdarlığını bildirib, məzun yoldaşlarını təbrik edib.

Sonra hərbi liseyin fəaliyyətində fərqlənən zabit və müəllimlərə fəxri fərmanlar, məzunlara isə attestat və hədiyyələr təqdim edilib.

Səlahiyyətli nümayəndə hərbi liseyin pedaqoji heyəti ilə görüşüb, kursantların vətənpərvər ruhda, bacarıqlı kadr kimi yetişməsi üçün müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Kursant Fərid Abbasov təhsil ocağının rəmzi kötüyünə 2025-ci ilin xatirə lövhəsini vurduqdan sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Orkestrin müşayiəti ilə hərbi liseyin marşı ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin Naxçıvan müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyun 2025 02:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri