Icma.az
close
up
RU
Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Ordu, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar keçirilib, Ulu Öndərin adını daşıyan muzeylərə ekskursiyalar təşkil olunub, həmçinin dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi heyət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ulu Öndərin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Keçirilən tədbirlərdə Ulu Öndərin şərəfli ömür yolundan və ölkəmizin hərbi, siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışılıb, əvəzsiz xidmətləri minnətdarlıq hissi ilə yad edilib.

Qeyd olunub ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycan sabit inkişaf yoluna qədəm qoyub, ordu quruculuğu prosesi qanuni əsaslarla həyata keçirilib.

Bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xəttinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Çıxışlardan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Dekabr 2024 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see222

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see141

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see123

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see116

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see114

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see112

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see111

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see111

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see110

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see109

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see109

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see109

Türkiyə bu halda hərbi gücə baş vuracaq Ankaranın 7 maddəlik Suriya strategiyası məlum oldu

18 İyul 2025 15:18see109

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri