Icma.az
close
up
RU
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Respublika Gənclər Kitabxanasında Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlılıq qazanmış böyük siyasətçi, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafik icmal, ənənəvi və virtual kitab sərgisi hazırlanıb. Kitabxanadan SİA-ya bildirilib ki, materiallarda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında qəbul edilən rəsmi sənədlərin, Milli Məclisinin sədri Sahibə Qafarovanın “Tarixin liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi” adlı məqaləsinin tam mətni, dünya liderlərinin, görkəmli şəxslərin Ümummilli Lider haqqında söylədikləri dəyərli fikirlər və Ulu Öndərin öz müdrik kəlamları təqdim edilir.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Ulu Öndərin dahi şəxsiyyətinə, mənalı ömür yoluna, zəngin, çoxşaxəli fəaliyyətinə həsr edilən və 2019-2024-cü illərdə nəşr olunan “Ümummilli Lider: Azərbaycandan Türk dünyasına”, “Heydər Əliyev və Məhəmmməd Füzuli”, “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu”, “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, “Tariximizin Heydər Əliyev zirvəsi”, “Heydər Əliyev və Nizami Gəncəvi”, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” kimi 30-dan çox kitabın biblioqrafik təsviri və onların qısa annotasiyaları, dövri mətbuat nümunələri sərgilənir.

“Xalqa həsr edilmiş ömür” adlı virtual kitab sərgisində Azərbaycan liderinin siyasət və hakimiyyət arenasına gəlişindən, ictimai-siyasi fəaliyyətindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz xidmətlərindən bəhs edilir. Virtual sərgidə yazılı məlumatlarla yanaşı, Ulu Öndərin, Prezident İlham Əliyevin səs yazıları, foto və videogörüntüləri də yayımlanır.

Bundan əlavə, Respublika Gənclər Kitabxanasının rəsmi saytında “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi çərçivəsində “Heydər Əliyev - 100” adlı bölmə yaradılıb. Artıq iki ildir ki, burada müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanına malikdirlər.

Sözügedən materiallar Respublika Gənclər Kitabxanasının rəsmi saytında yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Dekabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri