Icma.az
close
up
RU
Ulu öndərin liderlik timsalı gənclərimizə yüksəliş örnəyidir

Ulu öndərin liderlik timsalı gənclərimizə yüksəliş örnəyidir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ulu öndər Heydər Əliyev bütün şüurlu həyatını doğma Azərbaycanın inkişaf və tərəqqisinə həsr etmişdir. Dahi siyasətçi xalqının taleyinin ən ağır anlarında böyük xilaskarlıq missiyası yerinə yetirən görkəmli dövlət xadimidir. Zərrə qədər şübhə yoxdur ki, qədirbilən Azərbaycan xalqı öz dahi oğlunun möhtəşəm xidmətlərini heç vaxt unutmayacaq, Azərbaycanın parlaq gələcəyinə xidmət edən ideyalarına sadiq qalacaq”.

Bu sözləri bizimlə söhbəti zamanı ixtisasca jurnalist olan, əmək fəaliyyətinə Quba radiosunda başlayıb, sonrakı illərdə rayonun rəhbər orqanlarında çalışmış, xeyli müddət Qubada Heydər Əliyev Mərkəzinə rəhbərlik etmiş, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi olan Elza Orucova söylədi. Sonra dərin qürur və həyəcanla sözünə davam edərək ürəyindən dilinə axan fikir və düşüncələrini belə ifadə etdi:

– Heydər Əliyev Azərbaycanın dünyaya bəxş etdiyi nadir simalardan biridir. Belə dahi siyasətçilər bəlkə də dünyada yüz ildən, min ildən bir doğulur. Ulu öndərin adı və parlaq əməlləri təkcə ölkəmizin deyil, bütün Türk dünyası tarixinin şanlı salnaməsinə qızıl hərflərlə yazılmışdır. Ümummilli lider dərin zəkası, yüksək dövlətçilik təfəkkürü ilə ictimai-siyasi hadisələri düzgün məcraya yönəltməyi bacaran görkəmli tarixi şəxsiyyət idi. Onun yüksək idarəçilik məharəti dünya siyasətçilərini daim heyrətə gətirir.

Bəli, Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri misilsizdir. O, xalqımızın ən ağır, gərgin, taleyüklü məqamlarında müstəqil Azərbaycan dövlətini qoruyub saxlaya bilmiş, azadlığımızı, istiqlalımızı möhkəmləndirərək, bugünkü və gələcək nəsillərinə ərməğan qoyub getmişdir. Azərbaycan xalqı bu qiymətli mirası göz bəbəyi kimi qorumağa borcludur və buna hazırdır.

– Tələbə olarkən sizə Ulu öndəri həyatda yaxından görmək və müdrik tövsiyələrini dinləmək kimi xoşbəxtlik nəsib olub.

– 1970-ci illərin əvvəllərində mən Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) jurnalistika fakültəsində təhsil alırdım. Universitet bir qrup tələbəni öz hesabına Azərbaycan Dövlət Filarmoniyasının simfonik konsertini dinləməyə göndərmişdi. Həmin tələbələrin arasında mən də vardım.

Etiraf etmək lazımdır ki, həyatımda ilk dəfə simfonik orkestrin çıxışını dinləyirdim. Zalda kimsə dedi ki, respublikanın rəhbəri Heydər Əliyev də tamaşaçıların arasındadır. Bunu eşidib özümüzü tamam yığışdırdıq və diqqətlə konserti dinləməyə başladıq.

Fasilə zamanı Ulu öndər biz gənclərə yaxınlaşdı, harada və necə oxumağımızla maraqlandı. Dinlədiyimiz əsər haqqında soruşdu, bəzi bilgilər verdi, biz də öz fikirlərimizi söylədik. Hiss etdim ki, cavablarımızdan razı qaldı, gülümsəyərək əlimizi sıxdı.

O vaxt dahi rəhbərin nə üçün gülümsədiyini dərindən anlamamışdım. Sonradan bildim ki, filormoniyada bu qəbildən olan simfonik konsertlər məhz Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunur. O illərdə ziyalı və tələbələr də bu konsertlərə cəlb olunurdular.

– Keçmiş jurnalist olaraq, siz də şahidsiniz ki, Ulu öndər Azərbaycanın hər bir bölgəsi kimi, Qubanın da iqtisadi, sosial, mədəni inkişafına böyük diqqət və qayğı göstərib.

– Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-ci illərdə ölkənin hər yerində böyük yüksəliş mərhələsi başlanmışdı. Təkcə paytaxtda deyil, o vaxta qədər ictimai-siyasi, iqtisadi və mədəni həyatını süstlük və ətalət bürüyən bölgələrin həyatında da ciddi, müsbət dəyişikliklər baş verirdi. Bu, Qubada da açıq-aşkar hiss olunurdu.

Heydər Əliyev hər dəfə Quba rayonuna səfər edərkən, rayon ictimaiyyətinin nümayəndələri, qabaqcıl əmək kollektivləri ilə görüşərdi. Bu görüşlər zamanı Ümummilli lider Qubanın tarixi, əsrarəngiz təbiəti, fədakar zəhmət adamları barədə dəyərli fikirlər söyləyib. Bütün bunlar yerli sakinlərdə sonsuz iftixar və qürur hissi yaradırdı, onları daha yaxşı işləməyə həvəsləndirərdi.

Xatırlatmaq istərdim ki, 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda bağçılığın inkişaf etdirilməsi ilə bağlı 3 qərar qəbul edilmişdir. Məhz həmin mühüm sənədlərə uyğun olaraq Quba rayonunda 15 min hektar intensiv meyvə bağı salınmışdır. Meyvəçilik bu gün rayon iqtisadiyyatının əsasını təşkil edir. Heydər Əliyevin göstərişi ilə salınmış meyvə bağları qubalıların çörək ağacı sayılır.

Heydər Əliyevin tapşırığı ilə Qubaya təbii qaz xətti çəkilmişdi. Qırızdəhnə kəndindən rayon mərkəzinə bulaq suyunun çəkilişi də uğurla həyata keçirilmişdi. Rayonda bir sıra ümumtəhsil məktəbləri, konserv zavodları, digər emal müəssisələri, doğum evi, mədəniyyət evləri tikilərək istifadəyə verilmişdi. Bunların hamısını bir-bir sadalasaq, böyük bir siyahı alınar.

– Belə bir fikir var ki, 1980-ci illərin sonlarında Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi, Qarabağımız əldən getməz, xalqımız 30 illik ümummilli faciəyə düçar olmazdı.

– Əlbəttə, elədir. Əgər Azərbaycanın məkrli düşmənləri Kremldə xain Qorbaçovun əli ilə Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırmağa nail olmasaydılar, Azərbaycan xalqı sonrakı illərdə bu ağır fəlakət və məhrumiyyətlərlə üzləşməzdi. Amma qeyd etmək lazımdır ki, xalqımızın dahi oğlu o dövrdə böyük siyasətdən kənarlaşdırılsa belə, həyatından çox sevdiyi xalqının daim yanında olmuşdur. 1990-cı ilin 20 Yanvarında, eləcə də də sonrakı çətin dönəmlərdə Heydər Əliyev hər zaman xalqı ilə bir yerdə olmuşdur.

Azərbaycan xalqı müdrik xalqdır. Xalq 1993-cü ilin iyununda yenidən hakimiyyət sükanını öz dahi oğluna etibar etdi. Heydər Əliyevin qətiyyəti və zəngin təcrübəsi sayəsində xaos burulğanında boğulan ölkədə sabitlik bərpa olundu. Milli dövlətçilik quruculuğu başlandı. Bütün bunlar titanik səylər tələb edirdi. Bu şərəfli missiyanın öhdəsindən yalnız Heydər Əliyev kimi cahanşümul siyasətçi gələ bilərdi!

Ulu öndər 1998-ci ilin sentyabrında ölkədə keçirilən prezident seçkiləri ərəfəsində növbəti dəfə Qubaya gəldi və əhali ilə geniş görüşlər keçirdi. Mən Yeni Azərbaycan Partiyasının fəalı kimi həmin görüşlərdə, onların təşkil olunmasında fəal iştirak etmişəm. Yadımdadır, hamının simasında bir bəxtəvər ifadə vardı. Qubalıların Ulu öndərə sevgisi, həqiqətən, sonsuzdur.

– Yeri gəlmişkən, elə həmin ilin sentyabrında Bakıda Azərbaycan qadınlarının I qurultayı keçirilib. Siz qurultay iştirakçısı olubsunuz. Təəssüratlarını bilmək istərdik.

– Azərbaycan qadınlarının birinci qurultayında Ulu öndər proqram xarakterli tarixi nitq söylədi. Qadınlarımızın həyatın bütün sahələrindəki yüksək fədakar əməyini yüksək qiymətləndirdi, onları daha fəal iştirak etməyə səslədi.

Heydər Əliyev təkcə böyük siyasətçi deyildi, həm də son dərəcə xeyirxah ürək sahibi idi. Hər bir Azərbaycan vətəndaşına, eləcə də xanımına xüsusi diqqət və qayğı göstərməyi özünə borc bilirdi. Qurultayda hər bir rayonun nümayəndə heyəti, eləcə də Quba rayonundan olan xanımlarla yadigar şəkil çəkdirdi. O xoşbəxt anlar qəlbimizdə əbədi həkk olunub.

– Elza xanım, siz son illər pedaqoji sahədə çalışırsınız. Demək olar ki, hər gün tələbələrlə universitet auditoriyalarında ünsiyyətdə olursunuz. Rayonda gənclərin Ulu öndərin siyasi və ideya irsini dərindən öyrənmələri üçün hansı işlər görülür?

– Heydər Əliyev zəngin irsinin uşaq, yeniyetmə və gənclər arasında geniş təbliği son dərəcə vacibdir. Mən ADPU-nun Quba filialında “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı” fənnindən dərs deyirəm. Mühazirə və seminarlarda belə bir fikri xüsusi vurğulayıram ki, Ulu öndərin zəngin ideya irsi Azərbaycan gəncləri üçün mayak rolunu oynayır.

Gənclərimiz Ulu öndərin parlaq şəxsiyyətinə, mənalı həyat yoluna dərin maraq göstərirlər. Onlar həyat və fəaliyyətlərində bu böyük şəxsiyyətdən nümunə götürməyə çalışırlar. Başa düşürlər ki, Vətəni sevmək hələ azdır, xalqa və dövlətə sədaqətlə xidmət etmək, hər yerdə başını uca etmək lazımdır. Bunun üçün də Heydər Əliyev örnəyi var!

Nə qədər Azərbaycan var, bir o qədər də Heydər Əliyevin ölməz ideyaları yaşayacaq. Bizim borcumuz bu görkəmli tarixi şəxsiyyətin yüksək idarəçilik və təşkilatçılıq ənənələrini əbədi yaşatmaqdır. Bunun üçün Ulu öndərin ən layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşməliyik. Bunu Azərbaycan naminə, xalqımızın parlaq gələcəyi naminə etməliyik!

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri