Icma.az
close
up
RU
Ulu Öndərin müəllifliyi ilə çağdaş tariximizin parlaq səhifələri yaradılmışdır

Ulu Öndərin müəllifliyi ilə çağdaş tariximizin parlaq səhifələri yaradılmışdır

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Azərbaycan ictimaiyyəti dövlətimizin memarı və qurucusu, öz xidmətləri ilə xalqımızın Ümummilli Liderinə çevrilmiş Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qarşılayır. Bu münasibətlə respublikamızda keçirilən müxtəlif məzmunlu tədbirlər göstərir ki, xalqımız öz dahi oğlunun əziz xatirəsini böyük ehtiramla yad edir.
İllər ötsə də, Heydər Əliyevin siyasi irsi, dövlətimiz və xalqımız qarşısındakı xidmətləri barədə söz açmağa hər zaman ehtiyac duyulur. Çünki Azərbaycanın bugünkü inkişafının, yüksəlişinin təməlində məhz Heydər Əliyevin ideyaları, bu dahi şəxsiyyətin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Başqa cür desək, bu gün artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Heydər Əliyev siyasətinin, Ulu Öndərin əbədiyaşar ideyalarının təntənəsidir.
Ulu Öndər Heydər Əliyev Azərbaycanı həmişə yüksəklərdə, ucalarda görmək istəyirdi. Onun respublikamıza rəhbərliyinin bütün dövrlərində fəaliyyətinin qayəsində məhz bu arzular, bu ülvi niyyətlər dayanmışdır. Hansı vəzifədə çalışmasından və harada yaşamasından asılı olmayaraq, dahi şəxsiyyət öz dövləti və xalqı üçün əlindən gələni etmişdir. Və bununla Heydər Əliyev həm də sübuta yetirmişdir ki, iradə və vətən sevgisi olan yerdə bütün məqsədlərə çatmaq mümkündür.
Heydər Əliyev Azərbaycana 1969-1982-ci illərdəki rəhbərliyi zamanı ölkəmizi bütün sosial-iqtisadi göstəricilərinə görə keçmiş ittifaqın autsayderləri sırasından liderlər sırasına yüksəltdi, cəmiyyət həyatının bütün sahələrində inkişafa nail oldu. Elmdə, təhsildə, xalqımızın milli dünyagörüşündə pozitiv dəyişikliklər baş verdi. Moskvada çalışdığı illərdə də Ulu Öndər öz vətəninə diqqət və qayğısını əsirgəmədi, bir sıra strateji müəssisələrin məhz Azərbaycanda yaradılmasına nail oldu.
1987-ci ildə vəzifəsindən istefa verdikdən sonra da Heydər Əliyev öz xalqının yanında idi. Hansı ki, Ulu Öndərin o illərdə ortaya qoyduğu siyasi nümunələr dövlətçilik tariximizin mühüm hadisələri kimi hər zaman diqqət mərkəzində olacaq. Məsələn, Heydər Əliyevin 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra Moskvada SSRİ rəhbərliyini cəsarətlə ifşa və tənqid etməsi əslində Azərbaycanı müstəqilliyə aparan yolun ilk siyasi addımlarından biri idi. 1990-cı ilin iyulunda doğma vətəninə qayıdan Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü isə xalqımızı müstəqilliyə aparan çox mühüm hadisələrlə əlamətdardır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvanda qəbul edilən siyasi qərarlar, SSRİ-nin gələcəyi ilə bağlı referendumun boykot edilməsi müstəqillik uğrunda mübarizənin təkanverici amilinə çevrilmişdi.
O dövrdə həm də Naxçıvanı Ermənistanın işğalından qoruyan Heydər Əliyevin Azərbaycan tarixindəki növbəti böyük xidməti hələ yeni əldə etdiyimiz müstəqilliyimizin xilası oldu. 1993-cü ildə xalqın çağırışı ilə Bakıya gələn Ulu Öndər heç kimin üzərinə götürə bilməyəcəyi bir missiyanı qətiyyətlə yerinə yetirdi, müstəqilliyimizi qorudu, Azərbaycan dövlətçiliyini xilas etdi. Bu gün o dövrü təhlil edəndə, baş verənləri nəzərdən keçirəndə, hansı qüvvələrin respublikamıza qənim kəsildiklərini göz önünə götürəndə, Heydər Əliyevin xilas missiyasının nə qədər əzəmətli olduğunu görürük. Bu missiyanı isə yalnız Heydər Əliyev kimi görkəmli dövlət adamları, böyük siyasətçilər yerinə yetirə bilərdilər.
Beləliklə, Heydər Əliyev bütün tarixi mərhələlərdə və lazım olan situasiyalarda dövlətə və xalqa layiqli xidmətin ən gözəl nümunələrini yaratmışdır. Tarixdə isə buna bənzər nümunələr tapmaq mümkün deyil. Heydər Əliyevin müəllifliyi ilə ölkəmizin çağdaş tarixinin qürurdoğuran səhifələri yazılmışdır.
Qeyd etdiyim kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycanı həmişə ucalarda görmək istəyirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın inkişafı, iqtisadiyyatda və sosial sferada baş verən köklü keyfiyyət dəyişiklikləri, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutması, regionda və qlobal miqyasda söz sahibi olan dövlət kimi tanınması, qlobal problemlərin həllinə töhfələr verməsi göstərir ki, Heydər Əliyevin ideyaları gerçək həyatda öz əksini tapır. Təkcə son illərdə baş verən hadisələrin, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin, respublikamızda COP29 kimi mötəbər tədbirin keçirilməsinin, Prezident İlham Əliyevin cari ilin aprelində Çin Xalq Respublikasına etdiyi dövlət səfərinin fonunda öz təsdiqini tapan həqiqətlərdən biri Heydər Əliyev ideyalarının reallaşmasıdır.
Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ərazilərimizin işğaldan azad edilməsi üçün mühüm siyasi və iqtisadi təməllər yaratdı. Məsələn, 1996-cı ilin dekabrında keçirilmiş ATƏT-in Lissabon sammitində 53 Avropa dövlətinin dəstəklədiyi prinsiplərdə Dağlıq Qarabağ probleminin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli öz əksini tapmışdı. Heydər Əliyev hələ Azərbaycanın indiki kimi güclü olmadığı illərdə dünya erməniliyinin bütün təzyiqlərini qətiyyətlə dəf etdi, aparılan sülh danışıqlarında respublikamızın milli maraqlarını qorudu. Ulu Öndər əmin idi ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq. "Azərbaycan bu vəziyyətdən çıxacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqınlar öz yerinə, yurduna, qayıdacaqlar və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, inkişaf edəcəkdir", - deyə Heydər Əliyev çıxışlarının birində bildirmişdir.
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, o cümlədən antiterror tədbirlərində Qarabağdakı erməni separatizminə son qoyulması ilə Ulu Öndərin bu arzusu da reallaşdı. Möhtərəm Prezident İlham Əliyev ata vəsiyyətini sərkərdə qətiyyəti ilə yerinə yetirdi, Azərbacanın ərazi bütövlüyünü təmin etdi. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycan dövlətidir.
Heydər Əliyev dövlətçiliyimizin və müstəqilliyimizin sarsılmaz təməllərini yaratdı, respublikamızın inkişaf istiqamətlərini, ideoloji xəttini müəyyən etdi. Ona görə Heydər Əliyev yolu yüksəliş və qüdrətli Azərbaycan deməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi bütün nailiyyətlər, Azərbaycanın öz tarixinin ən qüdrətli dövlətinə çevrilməsi bu reallığı təsdiq edir. Ulu Öndərin ideyaları ilə yüksələn Azərbaycan özünün bütün hədəflərinə inamla çatır. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri bir daha dövlətimizin gücünü, cənab İlham Əliyevin qətiyyətini dünyaya bəyan edir.
Ümumiyyətlə, geridə qoyduğumuz hər bir ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız saysız-hesabsız nailiyyətlər bizə Heydər Əliyevin fəaliyyəti barəsində bəhs etmək üçün yeni-yeni mövzular verir. Çünki hər bir uğurumuz həm də Ulu Öndərin arzularını təcəssüm etdirir. Xalqımız bütün bunları görür, dəyərləndirir və Prezident İlham Əliyevin ətrafında hər zaman sıx səfərbər olmaqla, Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirir.
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri