Icma.az
close
up
RU
Azərbaycanın çağdaş tarixinin böyük bir dövrü Ulu Öndərin adı ilə bağlıdır

Azərbaycanın çağdaş tarixinin böyük bir dövrü Ulu Öndərin adı ilə bağlıdır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qax, 10 may, Mustafa Dadaşov, AZƏRTAC

XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş edib. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevdir. Azərbaycanın çağdaş tarixinin böyük bir dövrü Ulu Öndərin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin səyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə mayın 10-da Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.

Rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova məruzəsində bildirib ki, Azərbaycan xalqı bütünlüklə özünü xoşbəxt saya bilər, çünki onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

Vurğulanıb ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Ümummilli Liderin yenidən hakimiyyətə gəlişi ilə ölkəmizdə əmin-amanlıq, sakitlik yaranıb, hərc-mərcliyə son qoyulub, Azərbaycanda quruculuq mərhələsi başlayıb.

Tədbirdə digər çıxış edənlər də dahi rəhbərin həyat və fəaliyyətinin ən önəmli məqamlarından bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyev xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət olaraq yaddaşlara əbədi həkk olunub. Harada olmasından asılı olmayaraq, dünyanın istənilən yerində hər bir azərbaycanlı Heydər Əliyev şəxsiyyətini əziz xatirə kimi hər daim yad edir.

Çıxışlardan sonra YAP sıralarına yeni daxil olan üzvlərə vəsiqələr təqdim edilib.

Tədbir bədii proqramla başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri