Icma.az
close
up
RU
Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir

Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tarixi proseslərin gedişatı göstərir ki, hər bir millətin və dövlətin ən çətin anlarında və taleyüklü məqamlarında onu doğru yola aparan, sözün əsil və məcazi mənasında döyüş meydanında qələbəyə səslənən rəhbərə, şəxsiyyətə və liderə ehtiyac yaranır. Belə ki, tarixi şəxsiyyətlər də xüsusi missiyanın daşıyıcısı olaraq xalqın, millətin digər nümayəndələrindən fərqlənərək, xalqın arasından çıxaraq kütlənin önündə bayraqdar olmaq missiyası ilə doğulur, bu missiyanın da daşıyıcısı olaraq həyatını şəxsi maraqlara deyil, ümummilli maraqlara həsr və fəda edirlər. Bu tarixi missiya müstəqil və müasir Azərbaycan dövlətini yenidən inşa edən, onun adının dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur dayanmasının təmin edən, öz uzaqgörən və çevik siyasəti ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, mənsubu olduğu xalqının hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə məxsusdur. Zamanında alınan qərarların bugünkü nəticəsi illər ötdükcə bizə ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə sonsuz bir məhəbbətlə sevdiyini daha çox dərindən dərk etməyə imkan verir. Çünki bir tərəfdən bu siyasət nəhənginin fəaliyyəti sadəcə Azərbaycanın deyil, bütövlükdə insanlığın, humanizmin, bəşəri dəyərlərin təmin olunmasına, daha da möhkəmləndirilməsinə həsr olunmuşdursa digər tərəfdən də Azərbaycanın bugünkü mövcud durumunu, qalib dövlət və qəhrəman xalq obrazını sığortalamışdı.

İstər sovet dönəmi, istərsə də müstəqillik illərində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş verən yüksək inkişaf ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik siyasəti ilə gerçəkləşib. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən ağır və mürəkkəb sınaqlarına mətinliklə sinə gərərək, bugünkü müstəqil Azərbaycanı qurub, respublikamızın gələcək tərəqqisi üçün möhkəm təməl yaradıb. Dahi şəxsiyyət zəngin mədəniyyəti, şərəfli tarixi keçmişi ilə həmişə qürur duyduğu, fərəh hissi keçirdiyi doğma Azərbaycanı bir dövlət kimi dövrün ən sərt sınaqlarından uğurla çıxararaq, xalqımıza əmanət edib.1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Belə bir çətin məqamda xalq bütün ümidlərini Heydər Əliyevə bağladı və məhz onun hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə vətəndaş müharibəsinin, qardaş qırğının qarşısı alındı. Heydər Əliyevin bütün xalqı vahid amal-birlik ətrafında birləşdirməsi ilə Azərbaycan məhv olmağın astanasından döndü.
Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həll olunması üçün bütün imkanları səfərbər etmişdir. Və onun ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olmuşdur.

Ümummilli lider Heydər Əliyev xalqa müraciətində deyirdi: "Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu günün reallığı Heydər Əliyevin siyasi uzaqgörənliyinin bu məsələyə də öz möhürünü vurduğunu sübut edirsə, digər tərəfdən də Azərbaycan xalqının da seçimində yanılmadığını təsdiq edir. Ölkədə cənab İlham Əliyev tərəfindən aparılan islahatlar və quruculuq işləri, həyata keçirilən güclü dövlət, güclü ordu strategiyası, çox vektorlu siyasi münasibətlər, regional və beynəlxalq əhəmiyyətli layihələr torpaqlarımızın işğaldan azad olmasının səbəbidir. Azərbaycan sübut etdi ki, öz ərazi bütövlüyünü qorumağı bacarır və 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Azərbaycan xalqına Qarabağ Zəfərini yaşadan, onu dünya xalqları arasında şərəfli, qürurlu və ləyaqətli xalq kimi tanıdan Müzəffər Ali Baş Komandan İlham Əliyevə bütün xalq sonsuz güvənir, inanır və məhz onun rəhbərliyi altında Azərbaycanın daha xoşbəxt gələcəyinə böyük ümidlər bəsləyir. Bu mirası bizə qoyub gedən ulu öndər Heydər Əliyevin uca xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutur. Heydər Əliyev dövrü Azərbaycanın inkişaf, sabitlik, tərəqqi, müstəqillik mərhələsi, dövlət müstəqilliyinin təməllərinin çox ciddi və möhkəm əsaslarda qoyulduğu dövrdür. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Çünki illər keçdikcə Ümummilli Liderimizin gördüyü işlərin böyüklüyü, möhtəşəmliyi daha aydın görünür, daha yaxşı dərk edilir.

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri