Icma.az
close
up
RU
Vətənə, xalqa həsr edilən ömür yolu

Vətənə, xalqa həsr edilən ömür yolu

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

11 dekabr 2025-ci il tarixdə YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə Ulu Öndərin vəfatının 22-ci ildönümü münasibətilə “Vətənə, xalqa həsr edilən ömür” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyevin hələ 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda dinamik inkişafa nail olunduğunu, həmin illərdə Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün vacib potensialın yaradıldığını vurğulayıb. Ulu Öndərin təşəbbüsü və böyük səyləri nəticəsində 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rola malik olduğunu, liseyin yetirmələri olan zabitlərin tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsində də rəşadətlər göstərdiklərini bildirib.

G.Bayramov Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyini, bunun nəticəsi olaraq Azərbaycanın mühüm tarixi nailiyyətlərə, qələbələrə imza atdığını bildirib. Vurğulayıb ki, xüsusilə də 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad edildi.

Daha sonra dəyirmi masada iştirak edən Samux rayon Heydər Əliyev mərkəzinin direktoru Nuranə Həsənova, Samux rayon Ağsaqqallar Şurasının sədri Fidayıl Əliyev, Samux rayon İcra Hakimiyyəti başcısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Elnaz Cəfərova, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayon Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri