Icma.az
close
up
RU
Ulu Öndərin tarixi xidmətlərindən biri özünü əvəz edə biləcək siyasi varis yetişdirməsi olub AZƏRTAC

Ulu Öndərin tarixi xidmətlərindən biri özünü əvəz edə biləcək siyasi varis yetişdirməsi olub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Pekin, 12 dekabr, AZƏRTAC

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub.

Çində yaşayan və təhsil alan soydaşlarımızın, “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin reysinin heyətinin qatıldığı tədbirdə çıxış edən səfir Bünyad Hüseynov bildirib ki, həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Heydər Əliyev Azərbaycanı ağır və sərt sınaqlardan çıxararaq, işıqlı sabahın etibarlı bünövrəsini qoyub. Səfir deyib ki, 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycan Ermənistanın hərbi təcavüzü, daxili çəkişmələr, vətəndaş qarşıdurması, xaos, anarxiya fonunda müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Azərbaycan xalqı yaranmış ağır şəraitdən çıxmağın yeganə nicat yolunu Heydər Əliyevdə gördü və təkidlə onu yenidən hakimiyyətin sükanını əlinə almağa çağırdı. Nəticədə, Ulu Öndər Heydər Əliyev xalqının iradəsinə uyğun olaraq Azərbaycanı, tarixi nailiyyət sayılan müstəqilliyimizi xilas etdi.

Ümummilli Liderin müdrikliyi, qətiyyəti, siyasi bacarığı və çoxillik idarəçilik səriştəsi ilə Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandığını, xalqımızın həmrəyliyi və milli birliyinin təmin edildiyini diqqətə çatdıran B.Hüseynov bildirib ki, cəbhədə atəşkəsin əldə olunmasından sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətlənib. Bu kontekstdə Heydər Əliyev tanınmış xarici neft şirkətlərini Azərbaycana dəvət edərək, yeni neft strategiyasının reallaşmasına başlayıb. Ümummilli Lider Heydər Əliyev dühasının təşəbbüsü və bilavasitə xidmətləri ilə reallığa çevrilən qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri kimi qlobal layihələr müstəqilliyimizi sarsılmaz və əbədi edib.

“Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri də özünü əvəz edə biləcək siyasi varis yetişdirməsi idi”, - deyən səfir əlavə edib ki, bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmaqla yanaşı, ölkəmiz regionun sürətlə inkişaf edən, güclü və nüfuzlu dövlətinə çevrilib.

Diplomat ölkəmizin milli maraqlarını nəzərə alaraq, dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verən Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfərinin və səfər zamanı imzalanmış sənədlərin iki ölkənin münasibətlərinin inkişafı üçün yol açdığını bildirib.

Sonra Heydər Əliyev Fondunun Ulu Öndərin həyatına dair hazırladığı film nümayiş olunub.

Tədbir iştirakçıları Ümummilli Liderə həsr olunan sərgi ilə tanış olublar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri