Icma.az
close
up
RU
Ulu Öndərin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir ŞƏRH AZƏRTAC

Ulu Öndərin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilən ideyaları daim ölkəmizi inkişafa, tərəqqiyə, yeni-yeni hədəflərə doğru aparır. Onun yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir. Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik salnaməsinə şanlı səhifələr məhz onun siyasi xətti, rəhbərliyi ilə yazılıb. Bu gün böyük qürur hissi ilə Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından bəhs edirik. Təbii ki, bu uğurlar böyük səylərin, qətiyyətin nəticəsidir. Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün ölkəmizin taleyinin necə olacağını təsəvvür etmək çətin deyildi. Ulu Öndər qayıdışı ilə Azərbaycanı vətəndaş müharibəsindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ö dövrün reallıqları bir daha bu həqiqəti təsdiqlədi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, düşünülmüş və məqsədyönlü siyasəti Azərbaycanı bu bəlalardan xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı. Dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycanın inkişafını təmin edən milli Konstitusiyamız qəbul edildi. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bütün atributların bərqərar olmasına səylər göstərildi. Hər bir ölkənin inkişafının əsasında dayanan sabitlik, normal iqtisadi mühit yaradıldı. Müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan əsas vəzifələrdən biri kimi Azərbaycanın beynəlxalq aləmdə özünü təsdiqləməsi yönümündə mühüm addımlar atıldı. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Liderin əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Bir sözlə, Azərbaycan yenidən quruldu, müstəqil dövlət kimi dünya birliyində yerini və rolunu möhkəmləndirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, “Nə qədər Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq” fikri özündə bütün məqamları ehtiva edir. Ümummilli Liderin adı çəkiləndə ilk olaraq göz önünə Azərbaycan gəlir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilir: “Müstəqilliyinin yenidən bərpasının ilk illərində Azərbaycanın başının üstünü qara buludlar alanda xalqın üzünü öz xilaskarına - dahi şəxsiyyət Heydər Əliyevə tutması səbəbsiz deyildi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi, siyasi iradəsi, hadisələrə düzgün yanaşmaqla yanaşı, gələcəyə istiqamətlənən yolu müəyyənləşdirmək bacarığı və bunların əsasında dayanan Vətən, dövlət, xalq sevgisi Azərbaycanı o illərin çətinliklərindən, faciələrindən xilas etdi. Onun hakimiyyətinin hər iki dövrü xilaskarlıq missiyasını uğurla yerinə yetirməsi ilə xarakterizə edilir. Belə ki, hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaq respublikaları arasında ən geridə qalmış ölkədən qabaqcıl ölkəyə yüksəltdi. 1993-2003-cü illərdə isə Azərbaycanın müstəqilliyini əbədi və sarsılmaz etdi, yaratdığı möhkəm təməl sonrakı dövrdə qazanılan uğurların əsası oldu”.

Malik Həsənov vurğulayıb ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanı bundan sonra da ancaq və ancaq inkişaf müşayiət edəcək: “Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə uğurlarımızın davamlılığını təmin etdi. Bu müraciət xalqa inamın növbəti ünvanını göstərdi. Ümummilli Lider böyük əminliklə bildirdi ki, axıra çatdıra bilmədiyi işləri, planları İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə həyata keçiriləcək. Ümummilli Lider Heydər Əliyev İlham Əliyevə özü qədər inandığını bildirdi. Həmin müraciətdən ötən 21 ildən artıq dövr Azərbaycanın tarixini uğur, zəfər səhifələri ilə zənginləşdirdi. Ulu Öndər hər zaman böyük inamla qeyd edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Qarabağda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti, bu hədəfə çatmaq üçün yaradılan möhkəm təməl idi. Azərbaycanı yaradılan təməl üzərində daha da inkişaf etdirən, gücünü, qüdrətini artıran İlham Əliyev Prezidentliyinin 17-ci ilində tarixi Zəfərə imza atdı. Ümummilli Lider 2003-cü ildə xalqımızı gələcəklə bağlı düzgün seçim etməyə istiqamətləndirərkən böyük əminliklə qeyd etmişdir ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.

Deputat vurğulayıb ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümidləri doğrultdu, adını tarixə torpaqlarımızın xilaskarı, qalib ölkənin qalib Lideri kimi yazdı: “Tarixi Zəfərimizdən üç il sonra suverenliyimizin tam bərpa olunması Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. İlham Əliyev prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdi. Dövlətimizin başçısı İlham Əliyev daim böyük qürur hissi ilə bu çağırışı edir ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik. Şəhidlərimizin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, ərazi bütövlüyümüzü, öz ləyaqətini bərpa edən xalq kimi qurub-yaradırıq. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik, eləcə də bu gözəl diyarın bərpası missiyasını şərəflə yerinə yetirəcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see227

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see200

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see155

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see150

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see147

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see137

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see136

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see134

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see132

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see131

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see128

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see127

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see127

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see126

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see125

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see124

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see123

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see118

DTX tərəfindən saxlanılan “Abu Malik”in Fotosu

21 İyul 2025 16:06see118

Hikmət Hacıyevin adından yayılan xəbər SAXTADIR!

21 İyul 2025 17:49see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri