Icma.az
close
up
RU
Ulu Öndərin dövlətçilik məktəbi gələcək nəsillər üçün örnəkdir ŞƏRH

Ulu Öndərin dövlətçilik məktəbi gələcək nəsillər üçün örnəkdir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ölkəmizdə böyük ehtiram, sonsuz minnətdarlıq və dərin hörmət hissi ilə qeyd edilir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev öz müdrik siyasəti, zəngin dövlətçilik təcrübəsi və xalqına sonsuz bağlılığı ilə tariximizdə silinməz iz qoymuş dahi şəxsiyyətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin həyat yolu Azərbaycan xalqına xidmət nümunəsidir. O, fəaliyyət göstərdiyi bütün dövrlərdə milli maraqları hər şeydən üstün tutub, xalqın rifahı, dövlətin güclənməsi və Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması naminə yorulmadan çalışıb. Onun rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatında, sənayedə, kənd təsərrüfatında, elm, təhsil və mədəniyyət sahələrində böyük yüksəliş baş verib, respublikamız keçmiş ittifaq məkanında qabaqcıl yerlərdən birini tutub.

“Hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev qısa müddət ərzində respublikada intizamı, idarəçilik sistemini və inkişaf strategiyasını tamamilə yeniləmişdi. Məhz onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmiş, milli kadr potensialının formalaşmasına xüsusi diqqət yetirilirdi. Bu gün Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurların əsasında həmin dövrdə yaradılmış möhkəm təməl dayanır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış ağır siyasi böhran, iqtisadi çətinliklər və vətəndaş qarşıdurması dövlətçiliyimizi ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb və taleyüklü bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi. 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik bərpa olundu, dövlət quruculuğu prosesi gücləndirildi, qanunçuluq təmin edildi və inkişaf strategiyasının əsası qoyuldu”, - deyə deputat vurğulayıb.

Cavanşir Paşazadə bildirib ki, Ulu Öndərin həyata keçirdiyi neft strategiyası Azərbaycanın gələcək inkişafında mühüm rol oynadı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi imkanları genişləndi, xarici investisiyalar cəlb edildi və Azərbaycan beynəlxalq enerji layihələrinin əsas iştirakçılarından birinə çevrildi. Bu siyasət sonrakı illərdə ölkəmizin iqtisadi qüdrətinin artmasına, insanların sosial rifahının yüksəlməsinə və Azərbaycanın regionda lider dövlətə çevrilməsinə zəmin yaratdı.

“Heydər Əliyev yalnız siyasi lider deyil, eyni zamanda, milli-mənəvi dəyərlərimizin qoruyucusu idi. O, azərbaycançılıq ideologiyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib, milli birlik və həmrəyliyin möhkəmlənməsinə xüsusi önəm verirdi. Ana dilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın və milli kimliyimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi siyasət bu gün də böyük əhəmiyyət daşıyır. Bu gün isə Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın qazandığı böyük nailiyyətlər, ölkənin iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artması və xüsusilə tarixi Zəfər nəticəsində ərazi bütövlüyümüzün bərpa olunması Heydər Əliyev ideyalarının təntənəsidir. Müasir Azərbaycan məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu ilə inamla irəliləyir.

Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayır. Onun həyat və fəaliyyəti gələcək nəsillər üçün böyük dövlətçilik məktəbi, Vətənə sədaqət nümunəsidir. Ulu Öndərin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir və onun zəngin siyasi irsi müstəqil Azərbaycanın daha da güclənməsinə xidmət edir. Ümummilli Liderin ruhu qarşısında ehtiramla baş əyir, onun əziz xatirəsini dərin hörmət və minnətdarlıq hissi ilə anırıq”, - deyə Milli Məclisin deputatı əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri