Icma.az
close
up
RU
Ülvi Mehdiyev: Ən böyük liderlik və idarəetmə təcrübəsi Azərbaycanın özündədir

Ülvi Mehdiyev: Ən böyük liderlik və idarəetmə təcrübəsi Azərbaycanın özündədir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 6 may, AZƏRTAC

"ASAN xidmət" modelinin uğurlu əsası Prezident İlham Əliyevin siyasi iradəsi ilə qoyuldu. Çünki bu, bir islahatdır. İslahat isə təbii ki, siyasi iradə tələb edir. Bir çox ölkələr var ki, “ASAN xidmət” modelini bəyənirlər, öyrənmək istəyirlər, lakin sonradan əməkdaşlıq dərinləşdikcə hiss edirik ki, həmin ölkələrdə iradə çatışmazlığına görə ASAN modeli uğurla tətbiq oluna bilmir. Bu, bizdə olmadı, çünki Prezident İlham Əliyevin siyasi iradəsi digər sahələrdə olduğu kimi, bu sahədə də aparılan islahatın uğurla həyata keçirilməsinin başlıca səbəbi oldu.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri” layihəsinin açılış mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, "ASAN xidmət" modeli nəinki ölkə daxilində, hətta beynəlxalq miqyasda öz qiymətini aldı, Azərbaycanın intellektual brendi və məhsulu kimi tanındı: "Bu gün fəxr və qürurla qeyd edə bilərəm ki, “ASAN xidmət” modelinin 25 ölkədə tətbiqi ilə bağlı müqavilələr imzalanıb. Həmçinin 5 beynəlxalq təşkilata üzv olan ölkələrlə "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı müqavilələr var. Hazırda beş ölkədə "ASAN xidmət" mərkəzləri əsasında xidmət mərkəzləri fəaliyyətdədir".

Ü.Mehdiyevin sözlərinə görə, vətəndaş məmnunluğu təkcə xidmətin şəffaf və sıfır bürokratiya ilə həyata keçirilməsi deyil, həmçinin vətəndaşla məmur arasında münasibətlərin davranış modelindən asılıdır. Uğurlu davranış modeli üçün də əməkdaşların mütəmadi təlimlərə cəlb olunması əsas şərtlərdən biridir: "Bunu əsas götürərək bir müddətdən sonra bizim ASAN İnnovativ İnkişaf Mərkəzi təlim mərkəzi fəaliyyətə başladı. Bu da dövlət və özəl orqanların müraciəti əsasında yaradıldı. Vətəndaşlarla münasibət, vətəndaş məmnunluğunun təmin edilməsi üçün “ASAN”ın təlim təcrübəsi həm də digər qurumlarda öyrədilməyə başladı. Bundan əlavə, “ASAN xidmət” modeli başqa ölkələrə ixrac edildikcə həmin ölkələrin dövlət qulluqçularına ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən xüsusi təlimlər təşkil olunur. Ən çox idarəetmə ilə bağlı təlimlər haqqında müraciətlər alırıq. Biz idarəetmə, liderlik barədə təlimlərə toxunanda hansısa filosofun, xarici ölkənin dövlət və ictimai xadiminin sitatlarına istinad edir, onların hansısa təcrübəsinə baxmağa çalışırıq. Lakin unutmuruq və unutmamalıyıq ki, ən böyük liderlik və idarəetmə təcrübəsi Azərbaycanın özündədir, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin idarəetmə məktəbidir. Nəyə görə biz həmin idarəetmə məktəbinin ayrı-ayrı komponentlərini təlim mövzusu etməyək və idarəetmə ilə bağlı şəxslərə sırf milli idarətmə məktəbi olan Ulu Öndər məktəbi tədris edilməsin və təlimlərdə istifadə olunmasın? Ona görə bu istiqamətdə yola çıxıldı. Bu il ərazi bütövlüyümüzün bərpasının, şanlı Zəfərimizin 5-ci ildönümüdür. Ərazi bütövlüyümüz və suverenliyimizin bərpasında son sözü Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu dedi. Lakin ordunun son sözü deməsi üçün hansı strateji idarəetmə tətbiq olundu? Bu, çox geniş mövzudur. "ZİRVƏ" marafonu çərçivəsində az da olsa, biz buna toxunacağıq. Ulu Öndərin və Prezident İlham Əliyevin uğurlu idarəetməsi və strateji vizyonu hər birimiz üçün roldur, modeldir və fürsət düşdükcə tədqiq etməli, araşdırmalı, öyrənməli və öz işimizdə hansısa komponentlərindən istifadə etməliyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri