Icma.az
close
up
RU
Ümid, bərəkət və oyanış rəmzi...

Ümid, bərəkət və oyanış rəmzi...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xıdır Nəbi bayramı haqqında nə bilirik?

Xalqımızın mənəvi yaddaşında dərin iz buraxmış qədim inanclardan biri də Xıdır Nəbi bayramıdır. Türksoylu xalqların mifik düşüncəsində bu bayram təbiətin oyanışını müjdələyən, yazın, yaşıllığın səbirsizliklə gözlənilməsini tərənnüm edən, bolluq, bərəkət, firavanlıq inanclarının rəmzidir. Bayram tarixən kiçik çillənin hökm sürdüyü ərəfədə, təqribən fevralın 9-11-ci günlərində keçirilir.

Xıdır Nəbi bayramının başlıca iştirakçısı olan Xıdır və ya Xızır keçmiş türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Xızır türk mifik qaynaqlarında Yer, Su, Umay kimi bir vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir. Xızır və onunla bağlı inanclar Orta əsrlərdən başlayaraq istər türk, istərsə də Avropa və digər xalqların elmi tədqiqatçılarının diqqət mərkəzində olub.

Bayramın mifik rəmzi olan Xıdır, yaxud Xızır barədə islam qaynaqlarında müxtəlif mülahizələr söylənir. Bəzi mənbələrə görə, hətta Xızırın məzarının bir neçə yerdə olması, yaxud onun əbədiyaşar şəxsiyyəti haqqında fikirlərə də rast gəlmək mümkündür. Bu obraz xalq tərəfindən sevilib və onun haqqında müxtəlif əfsanələr, rəvayətlər dolaşıb.

Əsas atributlarından biri qovutdur

İnama görə, “əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaqdır”. Mərasimin əsas atributlarından biri qovutdur, buğda qovrulub qovut çəkilir və süfrəyə qoyulur. Erkən etiqadlara görə, Xıdır əlini qovuta çəkir, bununla da Yer üzünə özü ilə bolluq, bərəkət, xoşbəxtlik gətirir. Xıdır Nəbi mərasiminin əsas amalı insanların qışdan salamat çıxmasını, üzləşdikləri çətinliklərə sinə gərməsini, yazın gəlişini gözləməsini əks etdirməkdir.

Xıdır Nəbi mərasimləri ilə bağlı folklor mətnləri xalq arasında bugünümüzədək qorunub saxlanılıb. Onlardan birinə diqqət yetirək:

Xıdır, Xıdır xıd gətir,

Dar-dərədən od gətir.

Mən Xıdırın nəyiyəm,

Bircə belə dayıyam,

Ayağının nalıyam,

Başının torbasıyam.

Xıdıra Xıdır deyəllər,

Xıdıra çıraq qoyallar,

Xıdır Nəbi, Xıdır İlyas,

Bitdi çiçək, oldu yaz.

Mən Xıdırın quluyam,

Boz atının çuluyam...

Bayram günü heç kim əziyyət çəkməməlidir

BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, folklorşünas Məhəmməd Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bayramın maraqlı adətlərindən söz açıb: “Hələ qədim zamanlardan bu bayramda əcdadlarımız havaların tədricən yumşalması, sərt, soyuq qışın getdikcə başa çatması ümidi ilə Xızırı layiqincə qarşılamaq, bir-birinə kömək etmək, paylaşmaq amalı ilə bayram tədbirləri keçirərdilər. Erkən inanca görə, Xızırın gəldiyi “Xızır yolu”nu görənlərin bütün arzu-istəkləri həyata keçər. Qədim adətə görə, Xıdır Nəbi bayramı günü heç kim işləməməli, əziyyət çəkməməlidir. İnanca görə, hər evdə ailə başçısı sübh tezdən yüksək bir yerdə qoyulmuş un və ya qovut üzərində “iz” görərsə, deməli, gecə Xızır gəlib və mübarək izini həmin una, qovuta çəkib. Beləliklə də, özü ilə xeyir, bərəkət, xoşbəxtlik gətirib. Həmin undan, qovutdan bir qədər götürüb səpin vaxtı buğdaya qarışdırıb səpmək üçün saxlayardılar ki, Xızırın xeyir-duası ilə torpaq bərəkətli olsun. Bu bayram gecəsində otların üzərinə düşmüş şehdən xəmir yoğrulardı ki, bu da bolluq-bərəkətə yozulardı”.

Əcnəbi səyyahların yazılarında...

Folklorşünasın sözlərinə görə, mənbələr göstərir ki, vaxtilə Azərbaycana gəlmiş əcnəbi səyyahlar, o cümlədən XIII əsrdə italiyalı Marko Polo, XVIII əsrdə alman Adam Oleari Xıdır Nəbi bayramının mərasimlərini seyr edib və öz yazılarında bəzi ayin və adətləri də təsvir ediblər: “Marko Poloya görə, bu bayram türklərin “Bəyaz” adı altında keçirdiyi bayramdır. Bayram adətlərindən danışarkən göstərib ki, bayram axşamı bir sıra inanc və ayin icra olunurdu. Məsələn, yerə ağ süfrə sərilir, onun üzərinə un səpilir, səhərisi isə həmin süfrədəki unun üzərində Xızırın, yaxud Bozatın nalının izi axtarılır, izin olduğunu yəqinləşdirdikdən sonra isə həmin süfrənin üstündəki undan çörək, yaxud kömbə bişirib hamıya paylayardılar.

Bəzi araşdırmalara görə, Xıdır Nəbi həm də “taxıl və müqəddəs ağaclara pərəstiş” bayramı kimi qəbul edilir. Bu da təsadüfi deyildir, çünki erkən dövrlərdən Yaxın Şərqdə taxıla, buğda kultuna, dənli bitkilərə inanış mövcud olub.

Təsadüfi deyil ki, islam qaynaqlarında Xızırın şəxsiyyəti ilə bağlı fikirlər arasında Xızırın ibtidai dinlərdə bitki Tanrısı kimi qəbul edilməsi də yer almaqdadır. Araşdırmalar nəticəsində Xızır bir kult olaraq türk təfəkkürünün məhsulu kimi dəyərləndirilib. Ölüb-dirilmə hadisəsilə bağlı olan Xızır tanrıçılıq görüşlərinin əsasında yaranan obrazdır”.

Xızır şəfa verən, xeyirxah varlıqdır

M.Məmmədov qeyd edib ki, başqa mənbələrə görə, hər 500 ildən bir Xızırın cismi yenilənir, təzələnir, o, yaşıl geyimdə, boz at belində səma məclislərinə qoşulan bir obraz kimi təsvir edilir: “Türk xalq inanclarında Xızırla bağlı çoxsaylı mətn var ki, onların əksəriyyətində  Xızır çətinlikdə qalmış insanları dardan qurtaran xeyirxah bir varlıq kimi təqdim edilir.

Xızır “Xıdır Nəbi” bayramının əsas iştirakçısı olmaqla yanaşı, həm də xalq yaradıcılığında geniş yayılmış mifioloji obrazdır. Keçmiş inanclara görə, Xızır şəfa verən, xeyirxah varlıqdır. Qırğızların “Manas” dastanında Manasın dünyaya gəldiyi gündən Xızırın ona dualar etməyinin şahidi oluruq. Xalq dastanlarında, o cümlədən “Şah İsmayıl və Gülzar”, “Tahir və Zöhrə” dastanlarında Xızır qəhrəmanları müşküllükdən xilas edir”.

Bayramın maraqlı adətləri

Folklorşünasın sözlərinə görə, qışın oğlan çağı sayılan kiçik çillənin ortalarında keçirilən “Xıdır Nəbi” bayramında “Xızır süfrəsi” açılar, müxtəlif xəmir xörəkləri bişirilərdı: “Qədim inanclara görə, “Xızır gəlsin ocağına, şadlıq versin bucağına” deməklə bayrama hazırlıq görülər, xüsusən də Xıdır Nəbi günlərində səməni bişirilərdi. Bayramda adətə görə, oğlan evindən qız evinə “Xızır xonçası” gedərdi. Bu bayram qədim türk mifik düşüncəsində mövsüm mərasimləri arasında məhz kiçik çillə dövründə keçirilən, təbiətin oyanmasını, Günəş və istilik etiqadlarına bağlı olan böyük bir mərasim kompleksidir.

Təqdirəlayiqdir ki, qədim tarixi köklərə malik Xıdır Nəbi bayramı müasir dövrümüzdə həm Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Naxçıvanda, həm Cənubi Azərbaycanda yaşayan həmvətənlərimiz, həm də Anadolu türkləri tərəfindən  qeyd olunur. Göründüyü kimi, Xıdır Nəbi bayramı yazın gəlişi ilə bağlı erkən əkinçilik inanc və etiqadları ilə zəngin olan, türk mifik təfəkkürünün ulu qaynaqlarından xəbər verən mövsüm mərasimlərinin toplusu kimi müasir dövrümüzdə də öz aktuallığını itirməyib”.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:388
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Fevral 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri