Icma.az
close
up
RU
Bərəkət və bolluq rəmzi

Bərəkət və bolluq rəmzi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Düyü qiymətli, ən çox istehlak edilən və mətbəximizin də baş tacı olan dənli bitkilərdəndir. Həm dadlı, həm də olduqca çoxşaxəli bir qidadır. Dünya əhalisinin təxminən yarısı üçün əsas ərzaq məhsulu olmaqla, yüksək enerji verən və qidalandırıcı xüsusiyyətlərə malikdir.

Düyünün tarixi təxminən 10 min il əvvələ, Asiya torpaqlarına dayanır. Çin və Hindistanda başlayaraq zamanla İpək Yolu vasitəsilə dünyaya yayılmışdır. Bu bitki ilə bağlı ən maraqlı tarixi faktlardan biri Böyük Çin Səddi ilə bağlıdır. Belə ki, qədim dövrdə divarın daşlarını bir-birinə bərkitmək üçün istifadə olunan məhlula xüsusi bişirilmiş yapışqan düyü şorbası qatılıb ki, bu da tikilinin əsrlər boyu möhkəm qalmasını təmin edib.

Dünyada elə bir mətbəx tapılmaz ki, orada düyünün izi olmasın. Şərqdən Qərbə qədər milyardlarla insanın əsas qida mənbəyi olan bu kiçik dənələr, əslində minilliklərin tarixini və nəhəng bir mədəniyyəti özündə daşıyır. Bəs süfrələrimizin bu dəyişməz şahı haqqında nələri bilirik?

Ölkəmizdə çəltikçilik xüsusilə Lənkəran-Astara və Şəki-Zaqatala bölgələrində qədim və zəngin ənənələrə malikdir. Mədəniyyətimizdə düyü sadəcə qıda deyil, bərəkət və bolluq rəmzidir. Təsadüfi deyil ki, toy və bayram süfrələrimizin mərkəzində mütləq milli mətbəximizin tacı sayılan plov dayanır.

Düyü həm də yüksək enerji mənbəyidir. Tərkibindəki mürəkkəb karbohidratlar bədəni uzun müddət tox tutur. Ən önəmlisi isə, qlüten ehtiva etmədiyi üçün həzm sistemi həssas olan insanlar üçün ən təhlükəsiz qidalardan biridir. Bu bitki o qədər unikal xüsusiyyətlərə malikdir ki, hətta kosmosu fəth edən ilk qidalardan biri olub və kosmonavtların xüsusi menyusuna daxil edilib.

Ekoloji cəhətdən təmiz, dadına görə idxal edilən düyülərdən daha keyfiyyətli olan yerli düyü bu gün daxili bazarda Lənkəran, Astara düyüsü adı ilə tanınır. “Sədri”, “Ənbərbu”, “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.

Bazarlarımızda, təşkil olunan kənd təsərrüfatı yarmarkalarında yerli düyü satışına mütəmadi olaraq rast gəlirik. İnsanların da ən çox aldığı yerli düyüdür ki, hamı bu qidadan istifadə etməklə razılıq bildirir. Onu da qeyd edim ki, bazarlarda son günlər yerli düyü qıtlığı müşahidə olunur. Bunun da əsas səbəbi insanların yerli məhsula üz tutmasıdır.

Həmsöhbətim Əfrayıl İslamov Masallının Xıl kəndindəndir. Ailəliklə əkinçiliklə məşğuldurlar. Əsas dolanışığ mənbəyi məhz torpaqdır. İki ildir ki, 2 hektarda çəltik əkir. Susarıdan da heç bir çətinlikləri yoxdur. Ötən il 5 ton təmiz məhsul əldə edib. Dövlətin ayırdığı subsidiyadan da çox razıdır. Sentyabr ayını isə səbrsizliklə gözləyir. Əkdiyi məhsulun dadını dadmaq üçün.  

Əfrayıl atalar məsəlini xatırlayaraq söhbətə başlayır:

–Torpaq deyir: öldür məni, dirildim səni... Sübh tezdən sahəyə gedir, əkdiyimiz məhsula nəzarət edirik. Düyü susevən bitkidir. Məhsul verən günə kimi suyu bol olmalıdır. Hazırda əkdiyimiz çəltik 10 santimetr boy atıb. Yerli məhsulun dadından isə müştərilər razılıq edir. Ətri və dadı bambaşqadır. İndi əhalimiz yerli məhsula üstünlük verir.  Necə deyərlər, alıb istifadə edən bir də müraciət edir.  

Digər həmsöhbətim isə məhz yerli düyü məhsullarının satışı ilə məşğul olan Nicat İbayevdir. Əsas satış məntəqəsi Masallı bazarı olsa da həftədə bir dəfə müştərilərinin xahişi ilə 3-cü mikrorayon ərazisində yerləşən kənd təsərrüfatı məhsulları bazarında təşkil edir. Nicatla əvvəlcədən danışıb razılaşdığımız kimi bazarda görüşürük. Bir neçə növ düyü gətirib. Günortaya kimi müştərilərini gülərüzlə yola salıb.  6 növ məhsulun satışını yekunlaşdlrmaq üzrədir.

Nicat əvvəlcədən fermerlərlə bir növ “beh” ləşir. İl boyu satışını edir. Özünün də dediyi kimi, bir aylıq satış ehtiyatı qalıb. Sentyabr ayında isə yeni növ düyülərin ətri bazarı bürüyəcək. 

Nicatın satdığı məhsullar arasında qara düyü nəzərimdən yayınmır. İlk dəfədir ki, yerli bazarlarımızda qara düyüyə rast gəlirəm. Nicat təəccübləndiyimi görərək qara düyünün faydaları haqqında məlumat verir:

–Yerli düyüdür. Astarada əkilib. Digər yerli düyülərdən fərqli olaraq gec bişir.     Əsasən pəhriz düyüsüdür. Başlanğıcda qara rəngdə olur, bişirildikdə isə tünd bənövşəyi rəngə çevrilir. Qara düyünün qida dəyəri çox yüksəkdir. Düyünün tərkibində bol miqdarda antioksidantlar var. Bu düyüyə qara rəng verən də məhz antioksidantdır. 

Qara düyü bir vaxtlar təkcə Çin hökmdarlarının süfrəsini bəzəyən qida olub. Hətta o qədər əlçatmaz hesab edilib ki, onu "yasaq düyü" adlandırıblar. Qədim Çində qara düyü mədə xəstəliklərində, görməni yaxşılaşdırmaq, potensiyanı artırmaq üçün istifadə olunurdu. Qara düyü saçların tökülməsinin qarşısını alır, qan azlığının qarşısını alır.

Bu düyüdən tez-tez istifadə etmək allergiya, astma xəstəlikləri və onların simptomlarının qarşısını alır.

Qara düyü qida dəyəri yüksək, maqnezium və dəmir baxımından zəngin lif və mineral deposudur. Ağ düyüyə nisbətən daha çox maqnezium tərkibli olduğundan sümük, sinir toxuması, əzələlərin işləməsi və ürək sağlamlığı üçün vacibdir. Maqnezium hüceyrələrin enerji istehsalında da rol oynayaraq bədənin enerji səviyyəsini artırır, immunitet və sinir sistemini qüvvətləndirir. Qara düyünün ağ düyüdən digər fərqi antioksidan dəyərinin yüksək olmasıdır. Antioksidanlar bədənin immunitet sistemini qüvvətləndirir, yaşlanmanın mənfi təsirlərini və qırışları azaldır.

Tədqiqatçılar qara düyü və ya bundan alınan kəpəyin səhər yeməklərində, şirniyyatlarda və gündəlik həyatımızda ən çox yediyimiz qidalara əlavə edilməsinin faydalı olduğunu bildirirlər.

Müşfiq MİRZƏ

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyun 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri