Ümid edirəm ki, bizim gözlədiklərimizin əksi olar Azər Bağırov
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki mübarizəsinə İslandiyada başlayacaq. Fernandu Santuşun rəhbərlik etdiyi yığma sentyabrın 5-də sözügedən ölkənin seçməsi ilə üz-üzə gələcək. "Araz-Naxçıvan" və "Kəpəz"in sabiq baş məşqçisi əlaqə saxlayıb təmsilçimizin bu tsikldəki ilk qarşılaşmasından nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu oyun Santuşun gələcək karyerası baxımından da çox əhəmiyyətlidir. Legioner limitinin ləğvindən sonra iddialı komandalarda, məsələn, "Neftçi" və "Sabah"da bəzi yerlilərin ehtiyatda qalması yığmanın çıxışına da təsirsiz ötüşməyəcək. İslandiya bu matçda daha hazırlıqlı olacaq. Bizim yığmadakı oyunçuların əksəriyyəti qeyri-sabit çıxışla yadda qalıblar. Daha sonra Ukrayna ilə oynamalıyıq. Onlarla görüş İslandiyadakından da çətin alınacaq. Təbii ki, millimizə uğurlar diləyirəm. Milli hər birimizin qürur yeridir. Ümid edirəm ki, bizim gözlədiklərimizin əksi olar. Yığmamızın futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirməsini arzulayıram".
Nihat


