Ümid edirəm ki, Santuşun göndərilməsi futbolçular üçün bir motivasiya olacaq Azər Bağırov
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
DÇ-2026-nın seçmə mərhələsində ilk oyununu səfərdə İslandiya yığmasına qarşı keçirən Azərbaycan millisi 0:5 hesablı məğlubiyyətlə üzləşdi. "Araz-Naxçıvan"ın və "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırovla əlaqə saxlayıb sabah Bakıda Ukrayna seçməsini qəbul edəcək seçməmizin birinci matçdakı performansı ilə bağlı fikirlərini bölüşməsini və ikinci görüşdən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Milli komandanın durumu ilə bağlı vəziyyət Latviya, Estoniya, Belarusa qarşı keçirdiyi oyunlardan bəlli idi. Həmin oyunları bir siqnal adlandırmaq olar. Azərbaycan yığması son illərdə belə qorxaq futbol oynamamışdı. Uduzmaq olar, bu, futboldur. Amma sanki komandanın ruhu yox idi, döyüşmək istəmirdi.
Vəziyyətdən çıxış yolu axtarmaq vacibdi. Mövcud təyinatların bir cavabı olmalıdır. Ukrayna İslandiyadan daha hazırlıqlı yığmadır. Ümid edirəm ki, Santuşun göndərilməsi futbolçular üçün bir motivasiya olacaq və sabahkı matçda komandamızın ifasında daha döyüşkən futbol izləyəcəyik".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 08 Sentyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















