“Ümid edirik ki, Rusiya bu işləri maksimum tez yerinə yetirəcək”
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Ümid edirik ki, Rusiya qısa müddətdə Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərindəki dəmir yolu hissələrini bərpa edə biləcək”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşünün nəticələrini şərh edərkən bildirib.
“Hesab edirik ki, hazırkı mərhələdə Tavuş bölgəsində, ən azı İcevan stansiyasınadək təmir işlərinin aparılması vacibdir. Həmçinin Axurik bölgəsindəki hissə - Türkiyə sərhədindən mövcud dəmir yolu xəttinə qədər bərpa edilməlidir. Eyni zamanda, Ermənistan-Azərbaycan sərhədindən Yerasxa qədər olan hissə də. Ümid edirik ki, rusiyalı tərəfdaşlarımız bu işləri maksimum tez yerinə yetirəcəklər”, - Paşinyan deyib.
O, bütün bu hissələrin Rusiyanın konsessiya idarəçiliyində olduğuna diqqət çəkib.
Baş nazirin sözlərinə görə, əgər Rusiya tərəfi hər hansı problemlə üzləşərsə, Ermənistan hökuməti bu hissələri konsessiyadan geri almağa və dövlət büdcəsi hesabına təmir etməyə hazırdır.
Xatırladaq ki, daha əvvəl Paşinyan “Cənubi Qafqaz Dəmir Yolu” (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) şirkətinə Türkiyə və Azərbaycan istiqamətində sərhədyanı dəmir yolu hissələrinin təcili bərpa edilməsi ilə bağlı tapşırıq verildiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 25 Dekabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















